beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bu ölkədə arıq qızı almırlar

Bəzi adətlər, qadağalar və qaydalar o qədər fərqlidir ki, bizim üçün qeyri-adi, bəzən gülməli görünür.

Beyaz.az qeyri-adi adətlərdən bəzilərini təqdim edir.

- Şimali Koreyada qadınların 25, kişilərin isə 27 yaşından tez evlənməyi qadağandır. Evlənməmişdən qabaq vətəndaşlar əsgərlikdə olmalı və dövlət qarşısındakı digər öhdəliklərini yerinə yetirməlidirlər.
- Hindistanda, Nepalda və Banqladeşdə yaşayan və Şiva adlı Tanrıya sitayiş edən insanlar üçün heç bir tabu yoxdur. Onlar hər cür kütləvi xarakter daşıyan seksual tədbirlər keçirir, narkotik istifadə edir, içki içir, həmçinin ət yeyirlər. Ölülərin paltarlarını geyinir, meyitləri yandırıb qızınırlar.
- Hindistanda bəzi yerlərdə belə bir adət var ki, evlərdə təmizlik işləri görməyə gələn qadınlar evdəki subay oğlanların cinsi ehtiyaclarını ödəməlidirlər.
- İngiltərənin Liverpul şəhərindəki mağazalarda uşaqlar olarkən manekenləri soyundurub geyindirmək qadağandır.
- Mavritaniyada kökəlmək ənənədir. Arıq qızı almırlar. Evlənmək yaşına çatmış qızlar 60-100 kilo olmalıdırlar.
- Çexiyada pivə vannası qəbul etmək dəbdədir. Onlar bunun insanın səhhətinə xeyirli olduğunu düşünürlər.


Tarix: 01.04.2015 / 12:20 Müəllif: Aziza Baxılıb: 258 Bölmə: Maraqlı Melumatlar