beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qorxaqlar daha ağıllı olur

ABŞ-da aparılan bir araşdırmanın nəticələri qorxaqlıq ilə insan zəkası arasında bir əlaqə olabiləcəyini göstərib.

Kolumbia Universiteti və bir dərman firmasının birgə apardığı araşdırma zamanı anksiyeti (qorxu, emosiya pozğunluğu, affekt) olan 26 nəfərin beyin funksiyalarını zəka testləri vasitəsi ilə ölçüblər.

Əldə olunan nəticələr 18 nəfər sağlam insanın beyin funksiyası ilə qarşılaşdırılıb. Nəticədə anksiyeti olanların zəka səviyyələrinin normal insanlardan daha yüksək olduğu məlum olub. Mütəxəsislərə görə, qayğı və qorxu insan zəkası ilə birgə inkişaf edən duyğudur, ona görə də zəka səviyyəsi ilə qorxu arasında əlaqə var. Qorxmağın və qorunma ehtiyacı hiss etməyin zəkanın instinkt göstəricisi ola biləcəyi vurğulanıb.

Zəka səviyyələri aşağı olan insanların qayğılarının da olmadığı bildirilib. Çünkü, onlar təkcə əsas ehtiyaclarını ödəyirlər. Həkimlər idarə oluna bilən anksiyetin yaxşı olduğunu ancaq, idarə olunmazsa təhlükəli ola biləcəyini vurğulayıblar.


Tarix: 17.12.2014 / 13:37 Müəllif: Aziza Baxılıb: 96 Bölmə: Maraqlı Melumatlar