beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqların ən çox soruşduğu suallar

Uşaqlar saf və təmiz qəlbləri ilə elə suallar soruşur ki, hətta validenylərini də mat qoyurlar. Bəzən olur ki, ana və ata bu vəziyyətdən çıxış yolu tapa bilmir.

3 yaş qrupunda olan uşaqların soruşduğu suallar
Sənin anan var?
Sənin atan varmı?
Sən nə edirsən indi?
O əlindəki nədir?
Onunla nə edəcəksən?
Bizə də verəcəksən?
Mən də edəcəm?
Səndə də var bundan?
Sənin adın nədir?
Sənin belə oyuncağın var?
Sən qızsan?
Sən niyə gəlmisən?
Yenə də gələcəksən?
Anam gələcək?
Atam da gəlir?
Maşınla gedəcik?
Mən anamla gedəcəm?
Mən atamla gedəcəm?
Mənə yemək verəcəksən?
İnəyin südü olur?
Atam xəstələnib?
Yağış yağır?
Kim alıb, niyə alıb?
Bu nə rəngdir?
O nədir, bu nədir?
Divarları kim rəngləyib? Olar mən də rəngləyim?
Təyyarə göydə necə uçur?
Çörək aldın?
Nəyə gülürsən?
Şirindi, ya acı?
İstidir, ya soyuq?

4 yaş qrupundakı uşaqların soruşduqları suallar
Paket çay nə deməkdir?
Fənər nədir?
Atam hara gedir?
Nənəm, babam, atam evdədir?
İti və ya pişiyi soruşduğu zaman onun evi haradadır?
Mən böyümüşəm?
Balaca olanda nə edirdim?
Oyuncaq almağa gedək?
Məni də bazara apararsan?
Ana məni nə qədər sevirsən?
Mən nə vaxt üzümü qırxacam?
Mən nə vaxt kəməri olan şalvar geyinəcəm?

5 yaş qrupundakı uşaqların soruşduğu suallar
Qış nə vaxt qutaracaq? Qışdan sonra yaz gələcək?
Qardaşın niyə elə edir?
Niyə mənə oyuncaq almırsınız?
Kompyuterdə niyə oyun yoxdur?
Böyüyəndə ona icazə olar?
Sən böyüyəndə nə olacaqsan?
Fotolara baxdığı zaman, niyə mən burda balaca düşmüşəm.
Ana sənin niyə filmədəki kimi sehrli çubuğun yoxdur?
Quşlar necə uçur?
Təyyarənın bir qanadı qırılsa, uça bilməz?
Planet nədir?
Boyun uzanıb?
Sən böyüyəndə kimlə evlənəcəksən?
Mən niyə sənin kimi yazmıram? Bankamantdan pul necə çəkilir?
Çiçəklər necə gül açır?
Burda nə qədər pul var?
Evə nə vaxt gedəcəyik?
Mən tək yatacam?
Hara gedirsən?
Məni dərsdən kim gətirəcək?
İnsanlar niyə ölür?
İnsanlar öldükdən sonra geri qayıtmır?
Yeməyimi yemisəm, Allah məni daşa döndərər?
Kişilər ağlamaz, elə?
Hörümcək adam uçur?
Burda nə qədər adam var?
Yeməkdə nə var?

6 yaş qrupundakı uşaqların sualları
Sənin neçə yaşın var?
Bu neçədir?
Saat neçədir?
Öləndə nə olar?
Tətil nə vaxt başlayacaq?
Bu adam nə iş görür?
O adam niyə dilənir?
Yaz nə vaxt gəlri?
Makiyaj niyə edilir ki?
Məktəbə nə vaxt gedəcik?
Niyə evlənirlər?
Uşaqlığımdan danışa bilərsən?
Cib telefonu necə istifadə edilir.
Ölənlər hara gedir?
Mənim nə vaxt qardaşım olacaq?
mənim nə vaxt uşağım olacaq?
Məni çox istəyirsən?
Bu nə ağacıdır?
Futbol necə oldu?
Hansı komanda daha yaxşıdır?
Mən düyaya necə gəldim?
Filmlrədə insanlar həqiqətən də ölür?
Maşın necə düzəldirlir?
Bunun adı niyə belədir?
Məktəbə necə gedəcəm?
Evlər necə hazırlanır?


Tarix: 10.12.2014 / 18:02 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Maraqlı Melumatlar