beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qeyri-adi bayram: “Beynəlxalq İnternetsiz gün”

Məlum olduğu kimi, bayram tarixləri sırasında “İnternet günü” ilə yanaşı “Beynəlxalq İnternetsiz gün” adlı qeyri-adi bir bayram da mövcuddur.

Bu bayram dünyada hər il yanvar ayının sonuncu bazar günü qeyd olunur. Əsas məqsəd cəmi bir gün də olsa insanların fikrini kompüter və qlobal şəbəkədən yayındırmaq, istisna olaraq bu günü tamamilə real dünyada yaşamaqdır.

Böyük Britaniyanın sosial ixtiralar institutunun təsisçisi olduğu bu bayram 2000-ci illərin əvvəllərindən etibarən keçirilməyə başlayıb. Təbii ki, o vaxtdan bəri qlobal şəbəkə dünyasında əhəmiyyətli dəyişiklilər baş vermişdir. Həmin dövrlərdə İnternet-istifadəçilərin sayı az idi və onları qlobal şəbəkədən “qoparmaq” daha asan idi. Lakin son 10 ildə onların sayı 5 dəfə artaraq 3 milyarda çatmış, İnternet həyatın bütün sferalarına sürətlə nüfuz etmişdir.

Bir çox ölkələrdə qeyd olunan bu günün təsisçiləri bütün dünyanın İnternet istifadəçilərini ilin heç olmasa bir gününü doğmalarıyla keçirməyə, öz sevimli məşğuliyyətlərinə həsr etməyə, muzeyə və ya sərgiyə getməyə çağırır.


Tarix: 10.12.2014 / 18:45 Müəllif: Aziza Baxılıb: 55 Bölmə: Maraqlı Melumatlar