beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən qədim bayraq- Danneborq

İndiki dövlət bayraqlarından ən qədimi Danimarkanın bayrağı olan – Dannebroqdur. Danimarkalılar öz bayraqlarını belə adlandırırlar.

Əfsanəyə görə, bu bayrağın yaranma tarixi XIII əsrin əvvəllərinə təsadüf edir. Bu – al rəngli parça üzərində ağ xaç təsvirli bayraqdır. Yer üzərində öz qədimiliyi ilə ancaq bir bayraq “öyünə” bilər, o da, Danimarka bayrağıdır. XIII əsrin əvvəllərindən bugünədək Danimarkanın dövlət bayrağı olaraq qalmaqdadır. Danimarkalılar tam əmindirlər ki, onların bayrağı – Dannebroq – İlahi bir yaranışa malikdir və bu bayraq onlara bir başa səmadan enmişdir. Deyilənə görə, bu hadisə 1219-cu ildə baş vermişdir, o zaman ki, Danimarka ordusu eston ordusuna Tallin yaxınlığında məğlub olurdular. Danimarkanın müqəddaratı bu döyüşdən asılı idi. Ele bu an, gözlənilmədən Danimarka kralının əlində qırmızı parça üzərində ağ rəngli skandinav xaçı çəkilmiş bayraq görsənir. Bu Danimarka ordusunda böyük ruh yüksəkliyi yaradır və qələbəyə aparıb çıxarır. Bu hadisə 1219-cu ildə, iyunun 15-də baş vermişdir. Bu haqda dəqiq sübut, dəlil olmasa da, danimarkalılar hər il iyunun 15-də Danneborqun (bayrağın adı) ad gününü qeyd edirlər.

Danneborq
Əhvalat belə olmuşdur: Danimarka kralı “Qalib” ləqəbli II Valdemar (qələbədən sonra ona bu ləqəb verilmişdir) çox çətin bir vəziyyətə düşür. O, Baltikyanı estlər tayfasını özünə birləşdirməli və bu bütpərəst estləri xaçpərəst etməli idi. Amma estlər Lindanise qalası ətrafında (indiki Tallinin yerləşdiyi yerdə) danimarkalılara sərt müqavimət göstərirdilər. Qələbəyə adət etmiş danimarkalılar məğlub olmaq üzrə idilər. Estlər Danimarka ordusunun içərilərinə yeriyərək onların “Kral bayrağı”nı ələ keçirməyə müvəffəq olmuşlar. “Kral bayrağı”nı itirmiş danimarkalılar belə bir acınacaqlı vəziyyətdə Allaha ümid bəsləyərək, dualar edirdilər. Danimarka ordusunu müşahidə edən yepiskoplar da səhərdən axşamacan Allaha dualar edirdilər. Elə o zaman danimarka ordusuna, sanki səmadan bir bayraq endirilir. Bu da onların Allah tərəfindən himayəyə götürülməsi kimi anlaşılır, ordunu hədsiz dərəcədə ruhlandırır, ordu daha əzmlə vuruşmağa başlayır və qələbə qazanır. Bununla da müharibənin müqəddərətı həll olunur.

Əslində isə bu bayraq səmadan deyil, kral II Valdemara Roma Papası tərəfindən göndərilmişdir. Çünki II Valdemarın estlərlə vuruşması səlib yürüşü idi və bu yürüşü Roma Papası bəyənir və müdafiə edirdi. Bu bayraq danimarkalılara döyüşün ən çətin anlarında göndərildiyi və onları qələbəyə ruhlandırdığı üçün həmin bayraq o vaxtdan indiyədən danimarkalıların milli simvoluna çevrilmişdir.

Danimarkalılar Dannebroqa çox hörmətlə yanaşırlar. Qədim danimarka dilində “Dannebroq” - “qırmızı yaylıq” mənasındadır. Bu bayrağın yaranma tarixçəsi haqda isə alimlərin fikirləri çox müxtəlifdir. Bu simvol indi də bəzi bayraq və gerblərdə qalmaqdadır. Məsələn: Maltanın, İsveçrənin və Avropanın bir çox əyalət və şəhərlərinin bayraq və gerblərində bu simvol vardır.

Özünün 700 illik tarixi ərəfəsində — Dannebroq – (Danimarkanın bayrağı) cəmi bir dəfə dəyişikliyə məruz qalmışdır. Kraliça I Marqaritanın zamanında, 1397-ci ildə bayraqda çox cüzi bir dəyişiklik edilmişdir. Belə ki, İsveç və Norveçdə Danimarkanın tərkibinə daxil edilməsi münasibətilə I Marqarita bayrağa 3 ədəd tac əlavə etdirmişdir.

Bayrağa əsas dəyişik şahzadə Erikin zamanında edilmişdir. 1412-ci ildə tacqoyma mərasimində şahzadə Erik İsveç, Norveç və Danimarkanın vahid hökmdarı elan edilmişdir. Bu münasibətlə də bayrağın üzərində Danimarkanın simvolik -“mavi şir”inin, Norveçin simvolik – qabaq pəncəsində balta tutmuş – “qızıl şir”inin və şahzadənin soykök gerbi olan “qrifon” əks olunmuşdur. Bu bayraq II Dünya Müharibəsinin sonlarınadək kilsədə qorunub saxlanılırdı. 1944-cü ildə kilsəyə düşən bombadan sonra bayraq möcüzə şəkildə yoxa çıxmışdır.


Tarix: 10.12.2014 / 18:45 Müəllif: Aziza Baxılıb: 175 Bölmə: Maraqlı Melumatlar