beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əl quruluşumuz haqqımızda nə deyir?

Əllər bizim haqqımızda bir çox məlumatı özündə saxlayır. Bizi hərəkətə gətirən impulslar arzularımız, insanlarla olan əlaqələrimiz, müəyyən vəziyyətlərdə ortaya çıxan davranışlarımız və fərqli hadisələrə verdiyimiz reaksiyalar əllərimizdə öz əksini tapır. İnsanları əllərinə baxmaqla da xasiyyət baxımdan tanımaq mümkündür.

Psixoloq Nigar Əliyevanın sözlərinə görə, əllər torpaq, hava, su və od olaraq 4 tipə bölünür:
Dürüstlük və sağlam fikirləriylə tanınan torpaq əlinə sahib olan adamlar ciddi insan hesab edilirlər. Çox romantik deyillər. Hiss və duyğularını sözlə ifadə edə bilməsələr də sədaqətli insandırlar. Siz bu insanlara gözləri bağlı güvənə bilərsiniz".

Ağıllı və zarafatcıl olan hava əlinə sahib olan insanların ətrafı hər zaman dolu olsa da, yaxın dost seçdikdə çox diqqətli olurlar. Bu insanlar romantik olsalar da, bəzən soyuq və qaradinməz də görünə bilirlər. Hava əli olan insanlar sədaqətsizdirlər.

Psixoloq bildirir ki, od əlinə sahib olan insanlar həyatı boyu əzab və sevinc arasında qalır. İsti və mehriban olsalar da, hər zaman dəstəyə ehtiyacları olur. Asanca aşiq olur və eləcə də tez bezirlər. Amma bəzən «dəli» kimi sevməyi də bacarırlar.


Su əlinə sahib olan insanlar şəfqətli, həssas və romantik olsalar da, idealist insan olurlar. Bu insanlar asanca təsir altına düşür və kövrək olduqları üçün kobud insanlar tərəfindən istismar edilirlər.

İnsanlarla münasibətimiz, seksual enerjimiz və sevmə qabiliyyətimiz əllərimizin görünüşü ilə özünü büruzə verir.
N.Əliyevanın dediyinə görə, yumşaq və zəif əllər eqoizm və öz istəklərinə düşkünlüyü göstərir.

Əl nə qədər sərt və möhkəmdirsə, insanın təbiəti də o qədər iradəli və sərtdir
.
İncə əli olan insanlar ehtiraslı və intellektual enerjiyə malikdirlər. Soyuqqanlı görünür və heç nəyə səy göstərməz, utancaq olurlar.

Ovucunun alt qismi kiçik olan insanlar ətrafdakı insanlarla asan münasibət qurmurlar.

Dolu və elastik əl enerji və qüvvət göstəricisidir. Belə əlləri olan insanlar romantik, isti və ehtiraslı olurlar. Fiziki görkəmə üstünlük verən bu insanların cinsi instinkləri çox güclüdür. Venera təpəsi cinsi instinktin mərkəzidir.

Kiçik barmaq (çeçələ) ünsiyyət və fərdi ifadəni təmsil edir. Kiçik barmağın forması seksual impulslar haqqında məlumat verir. Uzun, incə və xüsusilə iti uclu kiçik barmaq sevgilinin eqoist olduğunu göstərir. Çox qısa kiçik barmaq isə seksual istəklərin güclü olduğunu xəbər verir.

Psixoloq hesab edir ki, əldə olan xətlərin də xüsusi mənası var. Belə ki, əldə olan xətlər əlaqələrimiz, xasiyyətimiz haqqında məlumat verə bilir: "Əvvəllər kiçik barmağın altında olan xətti evlilik xətti adlandırırdılar. Amma zaman keçdikcə, buna şübhə yarandı. Əllərinizə baxın. Əlinizi ortadan kəsən xətt həyat xətti adlanır. Həyat xəttinə parelel olan xətt insanın ruh əkizini göstərir. Həyat xəttinin içində olan kiçik xətlər digər əlaqələri göstərir. Yaşa görə bu xətlər bir əlaqənin başlanğıcına və bir uşağın doğumuna işarə edir".


Tarix: 10.12.2014 / 18:31 Müəllif: Aziza Baxılıb: 127 Bölmə: Maraqlı Melumatlar