beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bilmək istədiyiniz maraqlı faktlar...

İnsanlar nəyə görə içki badələrini toqquşdururlar?

Bu ənənə ilə bağlı iki ayrı fikir irəli sürülür: Badə

1. Şərab içən insanın 5 duyğu orqanını razı salmaq məqsədi ilə şərab qədəhini süfrədə çın səsiylə toqquşdurmaq. Burada 5 duyğu dedikdə aşağıdakılar nəzərdə tutulur: Şərabın rəngi — görmə hissi; Şərabın dadı — tam alma hissi; Şərabın iyi – qoxu alma hissi; əl ilə toxunmaq – toxunmaq hissi; çın səsi – eşitmə duyğusu. Şərab bütün duyğuları qane edən mənasını daşıyır.

2. Digər fərziyəyə görə antik dövrlərdə bir insanın düşmənini yeməyə dəvət edib ona zəhərli içki təqdim etməsi tez-tez müşahidə edilirdi. Ev sahibi içkisinin zəhərsiz olduğunu göstərmək üçün öz içki badəsini havaya qaldırar və qonağın içkisinin bir hissəsinin öz badəsinə tökülməsini istərdi. Sonra eyni vaxta içkilər içilərdi. Qonaq bu zaman ev sahibinə inamını göstərmək üçün badəsini ev sahibinin yuxarı qaldırdığı badəyə yavaşca toqquşdurar və çın səsi ilə içkini yoxlamağa ehtiyac olmadığını göstərərdi.

HəftəHəftədə nəyə görə 7 gün vardır?

İlk dəfə Babillər 7 günlük həftə zaman periodundan istifadə etmişlər. Həmin dövrdə insanlara məlum olan beş planet ilə günəş və ayın birgə sayının 7 olması bu rəqəmin gizli və uğurlu rəqəm olmasını göstərirdi. Daha sonra dinlərdə göyün 7 qatdan ibarət olması, təbiətdəki ana rənglərin sayının 7 olması, musiqidə notların sayının 7 olması bu rəqəmin əhəmiyyətini daha da artırdı. Sonralar bir sıra ölkələr bu təqvim periodunu dəyişdi. Fransa təqvimdə həftə günlərinin sayını 10 etdi, amma bu xalq tərəfindən qəbul edilmədi. Rusiyada da 5 günlük həftə tətbiq edildi, lakin bu da uzun müddət davam etmədi. Sonda yenə həftə 7 günlük olaraq qaldı.

Təhlükəni bildirə S.O.S-un mənasə nədir?

SOS Bir çoxlarımız bu qısaltmanın “Save our Ship” gəmimizi xilas et, “Save our Soul” ruhumuzu xilas et, “Stop other Signals” digər signalları söndür sözlərinin qısaltmasından yarandığını fikirləşirlər. Lakin əsas məsələ tamam fəqlidi. Bu teleqraf dövründən qalma Mors əlifbası ilə əlaqəlidir. Yardım çağırışının daha asan yadda saxlanılması üçün 1908-ci ildə bu ifadədən istifadə edilirdi.

Otellerdə nəyə görə fırlanan qapılar (revolving doors) istifadə edilir?

Fırlanan qapıların məqsədi enerjiyə qənaətdir. Hotel, ofis kimi böyük binalarda içəri daim isidilir. Açılan normal qapılar hava axınına mane olmur və soyuq ( yay aylarında isti) hava rahatlıqla içəriyə daxil olur. Əgər normal qapılar istifadə olunsa hava axını səbəbi ilə isitmə və soyutma mexanizmləri yenidən fəaliyyətə başlayacaqdır. Bu isə əlavə xərclərə səbəb olur. Bu səbəbdən qapılarından tez-tez istifadə olunan otel və bənzəri binalarda fırlanan qapılardan istifadə olunur və bu yolla enerjiyə qənaət edilir.Fırlanan qapılar isti havanın xaricə, soyuq hava axının isə içəri girməsinə mane olur.


Tarix: 26.11.2014 / 19:05 Müəllif: Aziza Baxılıb: 87 Bölmə: Maraqlı Melumatlar