beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

iPhone-da yenilik

iPhone üçün hazırlanan proqramlara daha biri əlavə edildi.
Proqramın adı “UGly Meter”dir, yəni “Çirkin Ölçər”.
Proqramın istifadəsi çox asandır.
Əvvəlcə proqramı telefonunuza endirirsiniz.
Sonra fotonuzu çəkirsiniz, ya da albomunuzdan bir fotonu proqrama yoxlaması üçün verirsiniz.
Proqram qaş, göz, burun, ağız və çənənin bir-birlərinə uyğunluğunu, simmetriyasını yoxlayır və sizə 1-dən 10-a qədər xal verir.
Aldığınız xal nə qədər böyükdürsə deməli siz o qədər çox çirkinsiniz.
İş bununla yekunlaşmır, xaldan sonra proqram sizi (daha doğrusu şəklinizi) şərh edir.
Şərhlər hətta bəzən təhqiramiz olur.

Misal üçün ingilis müğənni Çeril Koulun fotosuna proqram bu cür şərh verib: “O qədər pis görünürsünüz ki… Olmaya sizin həkiminiz veterinardır?”.

Proqramın İgiltərənin baş naziri Devid Kameronun fotosuna verdiyi şərh belə olub: “Çirkinlik bir kərpic olsaydı siz də Çin Səddi olardınız”.

Məşhur aktyor Bred Pitt də proqramın hədəfinə tuş gəlib: “Qulyabani ilə bir evdə yaşasaydınız insanlar ondan yox, sizdən qorxardı”.


Tarix: 26.11.2014 / 12:01 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı Melumatlar