beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitabdan reallığa

Bu təəccüblü olsa da bəzən yazıçılar özləri də bilmədən hər hansısa əsəri yazanda fantaziya gücünü işə salaraq müəyyən fenomeni, ideyanı irəli sürürlər hansı ki, hələ mövcud deyil. İndi biz sizə bu kitabların adını və ideyalarını göstərəcəyik hansılar ki, illər sonra reallaşmışdı.

1. ”Atom bombası” söz birləşməsini ilk dəfə yazıçı Herbert Uells işlətmişdi. O, “Dünyanın azad edilməsi” kitabında bu fikirdən istifadə etmişdi. Maraqlısı odur ki, kitab 1913-cü ildə işıq üzü görmüşdü. Yəni 1-ci Dünya müharibəsindən əvvəl və hamıya məlumdur ki, atom bombası 2-ci Dünya müharibəsinin sonu 1945-ci ildə sınaqdan keçmişdi.

2. Struqas qardaşlarının “Günorta, XXII əsr” povestində “Kaspar-Karpor” sitemindən istifadə etmişdi. Bu metod beynin sürətinin köçürülməsi və riyazi modelinin yaradılmasına xidmət göstərir. Əsər 1962-ci ildə çap edilmişdi. O zaman Anatolu Karpovun 11 yaşı vardı, Qarri Kasparov isə hələ dünyaya gəlməmişdi.

3. Artur Konan Doyl Şerlok Holms hekayələrində bir çox kriminal metodların adını çəkmişdir hansılar ki, hələ polislərə məlum deyildi. Bura siqaretin külü, yazı maşınlarının identifikasiyası, hadisə yerinə lupa ilə nəzər salmaq kimi metodlar daxildi. Nəticədə polislər Holmsun bu və digər metodlarından istifadə edərək cinayət işlərinin üstünü açırdılar.

4. Rey Brenderi öz zamanında ideya baxımından qulaqcıqların ən müasir növünü yaratmışdı-hansını ki, ” damcılar” adlandırmışdı. O “ Faranqete görə 451 dərəcə” adlı əsərində bu ideyanı irəli sürmüşdü. Roman 1950-ci ildə yazılmışdı. O zaman hansı növ qulaqcıqların mövcud olduğunu yəqin ki, bilirsiniz.

5. Çak Palankinin “Döyüşçü klubu” əsərindəki bu ideya o qədər möhtəşəm oldu ki, bu əsərdən sonra həqiqətən də döyüş klubları yaradıldı. Günün bu günündə də belə klublar mövcuddur.

6. Qoqolun “Ölü qəlblər” əsərində möhtəşəm cinayət sxemi öz əksini tapmışdı. Hansı ki, müasir dövürdə onu “sol” mənasında adlandırırlar. Əsərdə baş qəhrəmanın sənəd əsasında nəsə aldığı göstərilir, lakin real halda o heçnə almır. Bu o deməkdir ki, pulun sadəcə sənəd əsasında xərcləndiyi göstərilir, əslindəsə pul heç xərclənmir. Bu cinayət üsulundan hal-hazırda bəzi biznes sahələrində istifadə olunur.


Tarix: 08.12.2014 / 14:09 Müəllif: Aziza Baxılıb: 99 Bölmə: Kitablar və mütaliə