Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Kitablar və mütaliəBUKkrossinq | Kitabların səyahəti

Təbii ki, kitablar özbaşına gəzə bilməzlər.Onların «səyahətinə» insanlar yardım edirlər. Bunun üçün xüsusi hərəkat olan Bukkrossinq yaradılıb.
Bukkrossinq ingilis sözü olub, «kitab dövriyyəsi» mənasını ifadə edir.
Onun mahiyyəti belədir: bir nəfər hər hansı bir kitabı oxuduqdan sonra onu ictimai yerdə- parkda, kafedə,qatarda, metro stansiyasında «unudur» ki, başqa biri onu tapıb oxusun. Kitabların belə «səyahət»i xüsusi internet saytları tərəfindən izlənilir.

Bukkrossinq təşəbbüsünü amerikalı internet texnologiyaları üzrə mütəxəssis Ron Hornbeker 2001-ci ilin mayında irəli sürmüşdü.
Birinci dəfə o, 20 kitabın içinə təlimat yazılmış vərəqlər qoyaraq onları yaşadığı mehmanxananın foesində yerləşdirmişdi. Yarım ildən sonra onun şəxsi saytında artıq 300 aktiv oxucu vardı.

Hər bir hərəkat üzvü özü Ardı »

Kitablar və mütaliəElektron kitabın 7 üstünlüyü

Çoxumuz kitabları, onların qoxusunu uşaqlığımızdan sevirik. Elə sevirik ki, otaqlarımızı rəflərlə, rəfləri kitablarla doldurduq. Bir gün rəflərdə yer qalmadı, masanın, yatağın üstünə, mətbəxə, bəzən hamama kitab qoyası olduq… Amma bir kitabı əlimizə alıb oxumaqdan, sətirlərin altını cızlamaqdan aldığımız ləzzət, həyatımızda elektron kitablara yer verməyimizə əngəl ola bilməz.

1. Çünki biz qladiator deyilik
Dostoyevsikinin «Karamazov qardaşları», yaxud Murakaminin «1Q84» kimi irihəcmli romanları oxuduğunuzu təsəvvür edin. Bəlkə də noutbukunuzdan da ağır olan bu kitabları yanınızda necə daşıyacaqsınız? Yaxud yerinizdə uzanıb oxuyarkən qollarınızın ağrısına nə qədər dözəcəksiniz?

2. Hansı kitabı oxuduğunuzu heç kim bilməyəcək
Şəxsi inkişafa aid, yaxud "Ərə getməyin 100 qaydası" haqqında kitab oxuya bilərsiniz. Amma Ardı »

Kitablar və mütaliə"İdiot"dan seçdiklərim

F.M.Dostoyevskinin ən lirik əsəri sayılan "İdiot" romanını bundan bir neçə ay öncə oxumuşam. Romanı oxuyarkən bəyəndiyim bəzi cümlələri özüm üçün qeyd etmişdim. Bu yazımda isə onlardan bəzilərini sizlərlə paylaşmaq istəyirəm:

• Adam öldürməyə görə insanı öldürmək cinayətin özü ilə müqayisədə çox böyük cəzadır.

• Hökm ilə adam öldürmək,quldur kimi adam öldürməkdən qat-qat dəhşətlidir.

• Şəfqət bütün bəşəriyyətin ən əsas ,bəlkə də, yeganə varlıq qanunudur.

• Lakin ən ehtiyatlı adam da, qonşu evindən başına düşən kərpicdən heç vaxt qoruna bilməz.

• Məsələ həyatdadır, yalnız həyatda, — heç də onu kəşf etməkdə deyil, kəşfetmə prosesində, fasiləsiz və daimi kəşfetmə prosesindədir !

• Nəzakət və Ardı »

Kitablar və mütaliəƏn yaxşı giriş cümlələri

Bəzən tanımadığımız, bilmədiyimiz əsərləri ya ilk cümləsindəncə sevmiş, ya da bəyənməyib bir kənara qoymuşuq.
Bir əsərin sevilməsi üçün onun ilk cümləsi olduqca böyük əhəmiyyət daşıyır.
Əsərin ilk cümləsi qarmağa keçilirmiş yem kimidir, oxucu “ilişdimi”, vəssalam daha əsərdən qopa bilməz.

“styilist.co.uk” saytı “ Ən yaxşı 100 giriş cümləsi” siyahısını tərtib edib. Onlardan bəziləri:

C. D. Selincer “Çovdarlıqda uçurumdan qoruyan”
“Əgər, siz, doğrudan da, mənim başıma gələn bu sarsaq əhvalata qulaq asmaq fikrindəsinizsə, onda, yəqin, birinci bunu bilmək istəyəcəksiniz ki, mən harada və haçan anadan olmuşam, uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibi olublar və sair və ilaxır, qısası Devid Kopperfild Ardı »

Kitablar və mütaliəSistemlə mübarizə haqqında on kitab

Fransız yazıçısı Frederik Beqbeder yazır: “Sistem o halda qalib gəlir ki, insanlara öz həbsxanalarını sevirlər.” Sistemin təqdim etdiyi reallıqla barışmaq lazımdırmı? Bir adam və ya qrup azadlıq uğrunda döyüşüb qalib gəlməyə qadirdirmi?

XX və XXI əsrlərdə sistem əleyhinə yazılmış ən məşhur kitablar:


Rey Bredberi, “Farenheytlə 451 dərəcə”
Farenheytlə 451 dərəcə kağızın yanma temperaturudur. Gələcəyin dünyasında kitabları yandırır, insanların başını informasiya zibili ilə doldurur, fərqli düşünənləri elektorşokla müalicə edirlər. Gələcəyin dünyası təhlükəlidir, çünki həqiqidir, çünki öncəgörmələrin bir çoxu artıq baş verib. Amma hələ ki, məhəbbət, gözəllik və həqiqətə can atma var, deməli ümid var.

Ken Kizi, “Ququ quşu yuvası üzərindən uçuş”
Bu kitab sağlam fikirlə dəlilik arasındakı Ardı »

Kitablar və mütaliəJurnalistin maraqlı layihəsi

Hər bir yazıçının ən böyük istəyi oxucunu təsirləndirmək, onu kitabı oxumağa elə ilk cümlədən həvəsləndirməkdir. Oxucunun oxuduğu ilk cümlə o kitabın satılması, son cümləsi isə yazıçının daha çox oxucu qazanmasına yardımçı olur. İlk cümləni ilahiləşdirən yazıçılar da az deyil. Məsələn, Nobel mükafatlı şair Oktavio Pasa görə, ilk cümlə ya Yaradandan, ya da gizli bir mənbədən vəhy kimi göndərilir.

Türkiyənin “Zaman” qəzetinin müxbiri Musa İyrek şair Enis Baturun ilk cümlələrlə bağlı maraqlı bir ideyasını reallaşdırıb. İlin əvvəllərində “İncipit” adlı bir institut yaradıb və bütün romanların ilk cümlələrini toplamağa başlayıb.

Saytları əsl arxivi xatırladır; burada eyni vaxtda həm Qustav Floberin “Madam Bovari”sinin, həm Yaşar Kamalın Ardı »

Kitablar və mütaliəMəşhurların ən çox sevdiyi kitablar...

Barak Obama: «Solomonun Nəğməsi» — Toni Morrison

Stiven Kinq: “Milçəklər kralı” — Uilyam Qoldinq

Keyt Uinslet: “Tereza Raken” – Emil Zolya

Corc Kluni – “Hərb və sülh” – Tolstoy

Stiven Spilberq: “Sonuncu Mogikan” — Ceyms Fenimor Kuper

Mel Qibson: “1984” – Corc Oruel


Natali Portman: “Gənc qızın gündəlikləri” — Anna Frank

Çarli Çaplin: “Oliver Tvist”, Çarlz Dikkens

Madonna: «Küləklə sovrulanlar» -Marqaret Mitçell

Con Lennon: “Alisa möcüzələr diyarında” — Luis Kerroll

Bill Qeyts: “Çovdarlıqdan uçrumdan qoruyan” – Selincer

Mark Zukerberq: “Eneida” — Publiy Vergiliy Maron

Uil Smit: “Kimyagər” – Paulo Koeylo

Stiv Cobs: “Kral Lir” – Şekspir


Hillari Klinton: “Karamazov qardaşları” – F.Dostoyevski

Cim Kerri: “Cinayət və cəza” – Dostoyevski

Con Travolta: “Aeroport” – Artur Heyli

Vladimir Putin: Cek Ardı »

Kitablar və mütaliəAzərbaycanlılar kimin kitabını oxuyur

“Günə 20-30 manatlıq kitab satsaq, bu, böyük şeydir. Oxucuların sayı azala-azala gedir. Ali məktəblərin tətilə getməsi işimizi daha da çətinləşdirir. Cavanlar qurşanıblar mobil telefona, internetə… Nə yaxşı ki, hələ də kitab soraqlayan adamlarımız qalıb” - Elmlər Akademiyası metrosunun həndəvərində 7 ildir səyyar kitab satışı ilə məşğul olan Mərdan kitab bazarının taleyi haqda söhbətimizə bədbin notlarla başlayır. Reportajımızı Mərdan və onun kolleqalarına həsr etməkdə məqsəd kitab bazarını gözdən keçirmək idi.

Kitab alıcıları haqda satıcı sözü
Kitabın cəmiyyətin formalaşmasında rolundan yeni söz yazmaq artıqdır. Amma o da sirr deyil ki, zəngin kitab oxuma ənənəsi olan ölkədə artıq kitab oxuyanlara yumşaq desək, barmaqarası baxanlar da azlıq Ardı »