beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kiçik hekayə

Biri var imiş, biri yox imiş, bir dalğa varmış. Bu dalğa hansı dənizdəsə bir qayaya vurulubmuş. O, hər gün özünü bu qayanın qoynuna atır, onu yalayır, gecə-gündüz öpüb oxşayır, dümağ qollarını boynuna dolayır, ağlayır, sızlayır, yalvarır ki, ona mehman olsun. Dalğa həmən qayanı beləcə sevə-sevə, oxşaya-oxşaya, yavaş-yavaş, altdan-altdan oyur, oyur… və günlərin bir günü qaya tamam ovulur, uçub onun qoynuna yıxılır… Və dalğa birdən görür ki, daha qucaqlamağa, sevib oxşamağa, vüsal həsrəti ilə yanmağa qaya yoxdur. O, çilik-çilik olub, özünün qucağında boğulub, dənizin dibinə gedib… Bilir ki, aldanıb… Çox fikirləşir ki, neyləsin, axırda gedib özünə ayrı qaya axtarır...

Həyatın çox yaxşı qanunu var: heç nə gözləmirsənsə, məyus qalmayacaqsan.


Tarix: 08.12.2014 / 14:07 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Kitablar və mütaliə