Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Böyük ümidlər

"Böyük ümidlər" (ing. Great Expectations) — ilk dəfə 1860 ildə nəşr olunmuş Çarlz Dikkensin əsəridir.

Əsərin qısa məzmunu

7 yaşlı Filip Pirrip (Pip) öz bacısı və bacısının yoldaşı(Jo) ilə yaşayır. Böyük bacısı onu və həyat yoldaşını tez-tez döyür, təhqir edir. Pip mütəmadi olaraq valideynlərini məzarını ziyarət edir qəbirsanlıqda, bu ziyarətlərin birində o həbsdən qaçmış biri ilə rastlaşır. Balaca Pipi hədələyib ondan yemək və qandalalrı kəsmək üçün alət gətirməsini tapşırır. Pip evdən lazım olanları gizlincə götürüb növbəti gün gətirir. həmin gün axşam həbsxanadan qaçan qaçaq tutulur.

Miss Xevişem himayə etdiyi qızı Estella üçün oynamağa yoldaş axtararkən, Jonun dayısı mister Pamblçuk Pipi məsləhət görür.Bundan sonra dəfələrlər Pip onlarda olub Estella ilə oynayır və Estellanı sevməyə başlayır. Lakin toy günü aldadılmış miss Xevişem Estellanı əks cinsə qarşı amansız böyüdüb. Pip təhsil almaq həvəsindədir. Və bir gün vəkil Jeqqers adının açıqlanmasını istəməyən bir şəxsin Pipi maliyyələşdirmək istədiyini xəbər verir. Pip isə bu naməlum şəxsin Miss Xevişem olduğunu düşünür və gələcəkdə Estella ilə nişanlanmaq üçün yaxınlaşdığını hiss edir.

Londona köçüb ora asanlıqla bu həyata alışır. Lakin bir gün həbsdan qaçıb məzarlıqda rastlaşdığı Abel Meqviç Pipə qonaq gəlir. Bu görüşdən sonra Pip anlayrki, onu maliyyələşdirən Miss Xevişem deyil, məzarlıqda yardım etdiyi Abel Meqviçdir və bir çox həqiqətlər üzə çıxır. Abel Meqviç Estellanın atası, vəkil Jeqqersin ev işlərində kömək edən xanım isə onu anasıdır. Miss Xevişem isə Estellanı nifrətlə böyütdüyü üçün peşman olur amma paltarına düşən yanğın onun həyatına son qoyur.

Abel Meqviç ölkədən qaçmaq istəyəndə tutulur və xəstəlikdən edam olunmadan ölür. Pip 11 ildən sonra Miss Xevişem Estella ilə görüşür. Bu vaxta qədər Estella ailə qurub və ayrılmış olur. Onlar kiçik söhbətdən sonra əl-ələ tutub gedir.

Əsərin nəşri

Roman ilk dəfə Dikkens tərəfindən çap edilən "İlboyu" həftəlik jurnalında çap olunub 1860 dekabrindan 1861 avqustuna kimi. Daha sonra ayrıca roman kimi çap olunmuşdur.


Tarix: 16.03.2013 / 13:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 189 Bölmə: Kitablar elm
loading...