beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Tələbə dünyası

Tələbə dünyası – oçerklər toplusuMündəricat
1 Kitab haqqında
2 Kitabın mündəricatı
3 Müəllifdən
4 Mənbə
5 Həmçinin bax


Kitab haqqında

Oxuculara təqdim olunan “Tələbə dünyası” adlı bu kitab 1966-cı ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə qəbul olmuş və 1971-ci ildə universiteti bitirmiş 126, 128 və 130 saylı qrup tələbələrinin qısa da olsa həyat və fəaliyyətləri, şəkilləri, xatirələri və fikirləri əsasında çapa hazırlanmışdır.
Redaktor: Mütəllim Həsənov, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Həsən bəy Zərdabi" mükafatı laurеatı.

Kitabın mündəricatı

Leyla Bağırova, Fazilə Əlizadə, Süsən Salmanova, Seyidnisə Seyidrzayeva, Fazil Sadıqov, Sadiq Xəlilov, Vaqif Məmmədov (alim), Zakir Kərimov, Cabbar Cabbarov (alim), Yusif Şükürlü, Şəfəq Qasımov, Yəhya Hacıyev, Fərhad Əlimirzəyev, Hüseyn Cahangirov, Fizuli Əhmədov, Aydın Süleymanov, Namiq Əhmədov, Abasət İsayev, Elmira Xudaverdiyeva, Qətibə Qədimova, Şəkər Quliyeva, Nüşabə Abdullayeva (pedaqoq), Zümrüd Əbdürəhmanova, Mirbaba Babayev, Nizami Mehdiyev, Abdullah Əhmədov, Əhəd Əbdürrəhimov, Aydın İbrahimov (fizik), Adikə Soltanova, Südabə Abdullayeva, Vahid Novruzov, Məzahir Alcanov, Zübeyit Tağıyev

Müəllifdən

Tələbə olmaq arzusu hər bir insanın ən ilk, ən ümdə arzularından biridir. Əfsuslar olsun ki, bu arzu hər adama qismət olmur. Hələ orta məktəbə ilk qədəm qoyan gündən ta ki, orta məktəbi bitirincə hər an tələbə olmaq xəyalları və arzuları ilə yaşayırsan.
Tələbə adını qazandıqdan sonra isə insanda yeni-yeni arzular baş qaldırır. Və beləcə arzular arzulara calanaraq həyat, ömür yolu öz axarına düşür. İnsan daim geridə qalan həyatındakı mənalı günləri xatırlayır və o xatirələri unuda bilmir.
Unudulmayan xatirələrdən mən deyərdim ki, ən çoxu tələbəlik illərinin ən xoş yaşantılardır.
Oxuculara təqdim olunan bu kitab 1966-cı ildə S.M.Kirov adına Qırmızı Əmək Bayrağı Ordenli Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsinə qəbul olmuş və 1971-ci ildə universiteti bitirmiş 126, 128 və 130 saylı qrup tələbələrinin qısa da olsa həyat və fəaliyyətləri, şəkilləri, xatirələri və fikirləri əsasında tərtib edilmişdir.
Fizika fakültəsinin 1971-ci il buraxılışı olan bu tələbələr demək olar ki, bir neçə ildən bir görüşürlər. Yeri gəlmişkən onu da qeyd edim ki, hətta adı çəkilən qrupların tələbələrinin bir qisminin hər ay, hər həftə görüşənləri də var. Bu da onların səmimi olmalarından irəli gəlir. Məhz elə bu qarşılıqlı hörmətin nəticəsidir ki, 20 may 2011-ci il tarixdə 30-a qədər tələbənin iştirak etdiyi “Buraxılışın 40 illiyi” ilə əlaqədar keçirilən möhtəşəm yubiley tədbiri keçirildi. Bu tədbirə BDU-nun rektoru Abel Məhərrəmovun və BDU-nun müəllim və professor heyətinin qoşulması onu daha da yaddaqalan etdi. Görüşü işıqlandırmaq üçün televiziya (AzTV) əməkdaşları və foto reportyorlar da iştirak edirdi. Saat 11.00-da BDU-nun akt zalında başlayan görüş mühazirə keçilən auditoriyada davam etdi. Burada Bəhrəm müəllim bu qrup tələbələrinə 40 ildən sonra yenidən açıq dərs keçdi. Maraqlı görüşlərdən sonra tələbələr Şəhidlər Xiyabanında şəhidlərimizi ziyarət etdilər. Bu tədbirlər axşam saat 18.00-da Çanaq-Qala restoranında davam etdi. Tədbirdə müəllimlərdən də iştirak edirdilər.

Sonda onu da vurğulamaq istərdim ki, kitab-albomun hazırlanması Zakir Kərimovun, Leyla xanımın və Şəkər xanımın təşəbbüskarlığı və dəstəkləri ilə baş tutmuşdur. Kitabda Qətibə xanımın “Xatirə dəftəri”ndən və bu günə qədər qoruyub saxladığı foto şəkillərdən istifadə edilmişdir.

Araz Yaquboğlu
“Qızıl qələm” mükafatı laureatı


Tarix: 15.03.2013 / 20:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 348 Bölmə: Kitablar elm