Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaçın xətri üçün

Beyrutda yaşayan Erməni jurnalist David Yeriyan adlı erməni jurnalist vaxtilə Dağlıq Qarabağ döyüşlərində iştirak etmiş və şahidi olduğu hadisələr barədə "Xaçın xətri üçün" ("For the sake of cross") kitabında yazıb. AzərTAc-ın məlumatına görə, ingilis dilində çap edilmiş kitabda ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərdən söhbət açılır. Əsərdən hissələr:

"...bəzən öldürülmüş azərbaycanlıların meyitləri üzərindən keçməyə məcbur olurduq. Yaxşı xatırlayıram, Daşbulaq deyilən yerin yaxınlığındakı bir bataqlıqdan keçmək üçün ölü bədənlərdən özümüzə körpü düzəltmişdik. Mən bu cansız insan bədənlərinin üzərindən keçməkdən imtina etdikdə, Ohanyan adlı mayor mənə qorxmamağı əmr etdi. Rütbəcə böyük komandirin əmrinə əməl etmək hərbi qanunlardan biri olduğu üçün mən ona tabe oldum. 9-10 yaşlarında yaralı bir qızın döş qəfəsinə ayaq basmağa məcbur oldum və bataqlıqdan keçdim. Ayaqqabılarım və fotoaparatım tamamilə qan içində idi".

Kitabın 63-cü səhifəsində təsvir olunmuş hadisə ermənilərin qətiyyən insanlığa yaraşmayan hərəkətlərindən, qəddarlığından və amansızlığından xəbər verir: "...Ölüləri yandırmaqla məşğul olan "Gaflan" adlı qrup martın 2-də Xocalıdan bir kilometr qərbdə 100-dən artıq türkün (azərbaycanlının) cəsədini bir yerə toplayaraq yandırırdılar. Meyitləri daşıyan sonuncu maşında başından və əllərindən yaralanmış 10 yaşında bir qız uşağı gördüm. Qızın sifəti tamamilə göyərmişdi. Aclığa, soyuğa və yaralarına baxmayaraq diri qalmışdı. Çətinliklə nəfəs alırdı. Balaca qızın gözlərindəki ölüm qorxusunu hələ də unuda bilmirəm. Tiqranyan adlı bir əsgər qızı götürərək yandırılmağa hazırlanan cəsədlərin üzərinə atdı. Mənə elə gəlirdi ki, yanan ölü bədənlər arasında kimlərsə qışqırır, imdad diləyir və ağlayırdı. Mən bunlara artıq dözə bilmirdim. Həm də Şuşanı görmək istəyirdim. Ona görə də ön cəbhəni tərk edib geri qayıtdım. Cəbhədəkilər isə Xaç müharibəsini davam etdirirdilər..."


Tarix: 15.03.2013 / 20:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 144 Bölmə: Kitablar elm
loading...