Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağlı hüquqşünaslar (kitab)

Qarabağlı hüquqşünaslar — Jurnalist-etnoqraf Ənvər Çingizoğlunun 2012-ci ildə nəşr olunan kitabı. Tarixi-ensiklopedik tədqiqat kitabıdır. Kitabın elmi redaktoru tarix elmləri doktoru Qasım Hacıyev, redaktoru Vasif Quliyev, rəyçilər tarix elmləri doktoru Əli Məmmədov, tarix elmləri üzrə fəlsəfə doktoru Bəhram Məmmədli, tarix elmləri üzrə fəlsəfə doktoru İltifat Əliyarlı, məsləhətçilər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əli Rüstəmov, hüquqşünaslar Adil Minbaşı və Etibar Orucovdur.

1822-1920-ci illəri əhatə edən kitabın giriş hissəsində Qarabağ xanlığının qonşu dövlətlərlə iqtisadi, mədəni, siyasi əlaqələrindən, xanlıqda idarəçilik və hüququn inkişafından bəhs edilir. Nəşrin birinci fəslində 1805-ci ildə bağlanan Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığının Rusiyaya ilhaq edilməsi, 1806-cı ildə İbrahimxəlil xan Cavanşirin qətli, 1822-ci ildə xanlığın ləğvi, 1840-cı ildə inzibati-məhkəmə islahatının həyata keçirilməsi və s. hadisələrdən, ikinci fəsildə isə XIX əsr - XX əsrin əvvəllərində fəaliyyət göstərmiş qarabağlı hüquqşünaslardan söz açılır.

Kitabda 1850-ci ildə Tiflisdə nəşr olunan “Kavqazskiy kalendar”, Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivi, Gürcüstan və Azərbaycan tarix arxivlərindən toplanmış materiallardan istifadə olunub.


Tarix: 14.03.2013 / 21:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 165 Bölmə: Kitablar elm
loading...