beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Poetik tərcümələr (kitab)

"Poetik tərcümələr" – orijinaldan tərcümə olunmuş və orijinal ilə birlikdə verilmiş şeirlər-tərcümələr kitabı. Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görmüş bu toplunun redaktoru və kitaba daxil edilmiş "Poetik tərcümələr" məqaləsinin müəllifi Hamlet İsaxanlı dır.Mündəricat
1 Məqsəd və ideya
2 İngilis dilindən azərbaycan dilinə tərcümələr
3 Fransız dilindən azərbaycan dilinə tərcümə
4 Rus dilindən azərbaycan dilinə tərcümələr
5 Azərbaycan dilindən ingilis dilinə tərcümələr
6 Azərbaycan dilindən rus dilinə tərcümələr
7 "Poetik tərcümə. Məhdud çərçivələr içində xoş ahəng və gözəllik axtarışı"
8 Mənbə
9 Həmçinin bax
10 Xarici keçidlər


Məqsəd və ideya

Bu toplu bir tərəfdən ingilis, fransız və rus dilindən azərbaycancaya, digər tərəfdən isə azərbaycancadan ingilis və fransız dillərinə poetik tərcümələrdən ibarətdir. Kitabda bu dillərdə yazmış 43 şairin 23 tərcüməçi tərəfindən 117 şeiri tərcümə olunmuş və onlar şeirlərin orijinalları ilə birlikdə verilmişdir. "Poetik tərcümənin orijinal mətnlə yanaşı, ona paralel olaraq verilməsi fikri bu toplunun əsas xüsusiyyətlərindən biridir. Bu paralellik hər iki dili bilənlərə tərcüməni orijinalla müqayisə edərək oxumağa imkan verir, həmçinin kitabın tədqiqat və tədris istiqamətində faydalı olacağına ümud yaradır" ..."Davamlı tərcümə layihəsi kimi nəzərdə tutduğumuz bu işin birinci addımında peşəkar şair və tərcüməçilərlə yanaşı həvəskarlara da yer ayırmışıq" (Hamlet İsaxanlı. "Ön söz")

İngilis dilindən azərbaycan dilinə tərcümələr

Kitabda müxtəlif sayda şeirləri orijinalda və Azərbaycancaya tərcümədə verilən ingilis şairləri aşağıdakılardır:
Walter Raleigh
Christopher Marlowe
William Shakespeare
Robert Herrick
William Blake
Walter Scott
Thomas Campbell
George Gordon Lord Byron
Percy Bysshe Shelley
Henry Wadsworth Longfellow
Edgar Allan Poe
Mathew Arnold
J.B.O'reilly
William Buttler Yeats
Rudyard Kipling
Langston Hughes
Sidney Keyes
Eric Clapton and Jim Gordon
Tina Arena
Howard Barnes
W.E.Hawkins


Bu şeirləri ingiliscədən azərbaycancaya tərcümə edənlər:
Şəhla Nağıyeva
Ənvər Rza
Hamlet İsaxanlı
Mərufə Mədətova
Firəngiz Nəsirova
Sevil Gültən
Vahid Ərəb
Şahin Xəlil

Fransız dilindən azərbaycan dilinə tərcümə

Kitabda şeiri orijinalda və Azərbaycancaya tərcümədə verilən fransız şairi: G.de Nerval
Fransızcadan Azərbaycancaya tərcümə edən: Hamlet İsaxanlı

Rus dilindən azərbaycan dilinə tərcümələr

Kitabda müxtəlif sayda şeirləri orijinalda və Azərbaycancaya tərcümədə verilən rus şairləri aşağıdakılardır:
В.А.Жуковский
Е.А.Баратынский
Ф.И.Тютчев
А.А.Фет
Н.С.Гумилёв
А.А.Ахматова
С.А.Есенин
Алла Ахундова
Мансур Векилов


Şeirləri rus dilindən azərbaycancaya tərcümə edənlər:
Hamlet İsaxanlı
Knyaz Aslan
Nəriman Həsənzadə

Azərbaycan dilindən ingilis dilinə tərcümələr

Kitabda müxtəlif sayda şeirləri orijinalda və Ingiliscə tərcümədə verilən Azərbaycan şairləri aşağıdakılardır:
Cəfər Cabbarlı
Hüseyn Arif
Bəxtiyar Vahabzadə
Əli Kərim
Məmməd Araz
Hamlet İsaxanlı
Zəlimxan Yaqub


Şeirləri azərbaycan dilindən ingiliscəyə tərcümə edənlər:
Firəngiz Nəsirova (Firangiz Nasirova)
Şəhla Nağıyeva və Piter Makuk (Shahla Naghiyeva and Peter Makuck)
Şəhla Nağıyeva və Lyuk Visnant (Shahla Naghiyeva and Luke Whisnant)
Şəhla Nağıyeva və Culi Fey (Shahla Naghiyeva and Julie Fay)
Sabir Mustafa (Sabir Mustafa)

Azərbaycan dilindən rus dilinə tərcümələr

Kitabda müxtəlif sayda şeirləri orijinalda və Rusca tərcümədə verilən Azərbaycan şairləri aşağıdakılardır:
Səməd Vurğun
Əli Kərim
Hamlet İsaxanlı
Gülnarə Cahan
İslam Türkay
Nizami Elyanar


Şeirləri azərbaycan dilindən ruscaya tərcümə edənlər:
Tofiq Abasquliyev (Тофиг Абаскулиев)
Dinarə Karakmazli (Динара Каракмазли)
Alla Axundova (Алла Ахундова)
Gülnarə Cahan (Гюльнара Джахан)
Vyaçeslav Zaycev (Вячеслав Зайцев)
Səyavuş Məmmədzadə (Сеявуш Мамедзаде)
Vladimir Qafarov (Владимир Гафаров)

"Poetik tərcümə. Məhdud çərçivələr içində xoş ahəng və gözəllik axtarışı"

"Bu sətirlərin müəllifinin bu kitaba poetik tərcümə haqqında giriş sözü yazmaq və bu girişdə qısa tarixi ekskurs etmək fikri ilkin çərçivədən çıxaraq iri həcmli məqalə halına gəldi" (Hamlet İsaxanlı. "Ön söz")


Tarix: 14.03.2013 / 21:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 587 Bölmə: Kitablar elm