beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hacı Ayaz xan Qaşqayın səyahətnaməsi (kitab)

Bu kitab Qaşqay xanlarından Hacı Ayaz xan tərəfindən yazılmışdır. Bu səyahatnamə İslamın müqəddəs yerlərini ziyarət etmək üçün İran, Səudiyyə Ərəbistanı və İraqda olarkən qələmə alınmışdır. Ziyarət 1922-ci ilin dekabr ayından aprelədək baş verib.[1]

Kitabın haqqında

Kitabda bir fəsil Qacarlar sülaləsindən sonuncu İran şahı Sultan Əhməd şah Qacarın hakimiyyətinin axırlarından bəhs edir. Həmin dönəmdə baş verən hadisələr Qaşqay xanının qələmi ilə hərtərəfli təsvir olunur. [2] Hacı Ayaz xan olduğu şəhərləri, müqəddəs yerləri və həmin yerlərin həyat tərzini aydın şəkildə, gözəl boyalarla təsvir etmişdir. Onun kitabında iqtisadi məsələlər də təhlil olunur. Gəzdiyi yurdların sosial problemlərinə işıq tutan Qaşqay xanı İranı İraq, Səudiyyə Ərəbistanı, Yəmən və qonşu ölkələrlə müqayisə edir, düzgün nəticələr çıxarır. [3]


Tarix: 14.03.2013 / 20:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Kitablar elm