beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dördlüklər (kitab)

Hamlet İsaxanlının 2007-ci ildə Xəzər Universiteti Nəşriyyatında işıq üzü görmüş kitabı[1]. Kitaba müxtəlif illərdə yazılmış və böyük əksəriyyatı ilk dəfə çap olunan şeirlər - dördlüklər daxil edilmişdir.Mündəricat
1 Qısa məzmun
2 Qeyd
3 Rübailər
4 Bayatılar
5 Yarpaqlar
6 Məcazlar
7 Mənbə
8 Həmçinin bax
9 Xarici keçidlər


Qısa məzmun

Kitab dörd hissədən ibarətdir, hər hissə bir növ dördlüklərdən (dörd misralı şeirlərdən) təşkil olunmuşdur.
Rübailər: bu halda "aaba" şəklində qafiyələnmiş 11 hecalı dördlüklər.
Bayatılar: "aaba" şəklində qafiyələnmiş 7 hecalı dördlüklər
Yarpaqlar: xüsusi qafiyə və heca məhdudiyyəti olmayan dördlüklər
Məcazlar: Sabirsayağı yazılmış dördlüklər.

"Hamlet İsaxanlı az sözdə vəznli fikir ifadə tmək ustalığına malik şairdir" (Camal Mustafayev -"Dördlüklər" kitabının arxa qabığından)

Qeyd

Dördlüklərin bir hissəsi Alla Axundova tərəfindən ruscaya tərcümə edilmiş və Hamlet İsaxanlının Moskva da nəşr olunan kitabına daxil edilmişdir[2]. Həmin dördlüklər şairin "Təzadlar" kitabının Təbriz nəşrinə də daxil edilmişdir[3].

Rübailər

Rübailər içində dünya işləri, həyat-ölüm mövzusu və sevgi rübailəri xüsusi yer tuturlar.

Nümunələr:

Biri kefsiz, biri kef-damaqdadır
Dünən solçu olan bu gün sağdadır
İlan dərisini dəyişir tez-tez
Kirpi öz kürkünü yamamaqdadır.

Doğru yolla getmək deyilsə asan
Gərək sağa, sola sapmasın insan –
Əqidə nə bığdır, nə də ki, saqqal
Hərdən uzadasan, hərdən qırxasan.

Həya üzdə, ismət canımızdadır
Könül hərarəti qanımızdadır
Sevinc də, kədər də uzaqda deyil
Biri sağ, biri sol yanımızdadır.

Nədəndir gen dünya mənə dar gəlir,
Sevinc üz döndərir, intizar gəlir?
Kişiyə ağlamaq yaraşmasa da
Bəzən ağlamamaq mənə ar gəlir.

Qayda yaradanam, qayda pozanam
Sufiyəm, Dərvişəm, Dəli Ozanam
Şairlik sevdası yoxdur başımda
Məhəbbət coşanda şeir yazanam.

Quş quşa söykənib budağa qonur
Nuru görən yoxsa, nur olmaz ki nur;
Sevgi iki könül, iki can istər
Özünü sevməklə məhəbbət olmur.

Bayatılar

Dünya işlərinə və sevgiyə aid bayatılara nümunələr:

Müdriklər tez od almaz
Boş sözü saya salmaz
Hər hürənə daş atsaq
Yurdumuzda daş qalmaz.

Od soyuyub sönərmiş
Sular buza dönərmiş;
Olduğu kimi qalmaq
Demə böyük hünərmiş.

Təbiətdə qayda var:
Geriyə axmaz çaylar.
Könlümsə qayda bilməz
Ötən günü haraylar.

Sevdi, ya sevmədi yar-
Şerə dönür duyğular.
Eşqin tək özündə yox
Sözündə də nəşə var

Aşıb-daşır eşqımız
Sevməsək ölərik biz
Ölüm allah əmridir
Sevməksə – öz işimiz.

Eşq oddur, möcüzədir
İçimizdə közərir
Eşq yanağa hərarət
Gözə parlaqlıq verir.

Yarpaqlar

Nümunə:

Gözümüzü tutur pərdə
Ağı qaradan seçmirik;
Eşq bizi gözləyən yerdə
Yolu düzünə keçmirik.

Məcazlar

Nümunələr:

Qaydasız oyundur həyat
Yaxşı oyna, arzuna çat.
İndi də belə zamandır
Bacarana baş qurbandır.

Millətin işləri başından aşır
Gecə-gündüz toyda, ya bazardadır.
Millətə oynayıb gülmək yaraşır
Elmə, fəlsəfəyə vaxtı hardadır?!

Tərifşünas olub tənqidşünaslar
Ürəyə... çörəyə bunun xeyri var.
Tərif xoşhallıqdır, tənqid evyıxmaq
Tənqidə qurşanar, de, hansı axmaq


Tarix: 14.03.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 547 Bölmə: Kitablar elm