beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seks beyni gücləndirir

Mütəxəssislər sekslə məşğul olmağın insan orqanizminə təsiri barədə müxtəlif araşdırmalar aparır və bəzən bizim marağımıza səbəb ola biləcək maraqlı nəticlər əldə edirlər. ABŞ-da aparılan bu araşdırmalardan birinin nəticəsində isə belə məlum olub ki, sekslə məşğul olmaq insan zəkasını inkişaf etdirir. Maryland Universitetində elm adamlarının apardıqları uzunmüddətli tədqiqat nəticəsində orta yaşlı sıçanların cütləşdikdən sonra beyin hüceyrələrinin inkişaf etməyə və daha da çoxalmağa başladığı müşahidə edilib.
Araşdırmalar eyni zamanda onu deməyə əsas verir ki, tez-tez cinsi əlaqədə olan insanların beyin gücü günü-gündən artır, uzun müddət cinsi əlqədə olmayan heyvanların isə zamanla beyin hüceyrələri məhv olmağa başlayır.
Sıçanlar üzərində aparılan digər bir araşdırmanın nəticəsi də olduqca maraqlı nüanslar ortaya çıxarıb. Sən demə, sekslə məşğul olmaq həm də ona görə faydalıdır ki, o stresin qarşısını alır və depresiyaya tez zamanda qalib gəlməyə kömək edir. Amma bütün bunlar heç də o demək deyil ki, yüksək zəkaya sahib olanlar daha çox sekslə məşğul olurlar və ya beynin daha yaxşı inkişaf etməsi üçün mütləq sekslə məşğul olmaq lazımdır. Psixoloq Tracey Shors bu barədə öz müsahibəsində bildirib ki, yeniyetməlik dövrlərində yaşıdlarından ağlına görə seçilən uşaqların əksəriyyəti cinsi həyatın nə demək olduğunu belə bilmirlər. Yəni, beyin hüceyrələrin artması üçün yalnız sekslə məşğul olmaq kifayət deyil. Bunun üçün həm də zehni məşğələlərlə məşğul olmaq lazımdır.


Tarix: 06.01.2015 / 19:10 Müəllif: Aziza Baxılıb: 62 Bölmə: Kişi yataqda