beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişiləri seksdən uzaqlaşdıran səbəblər

Qadınların təsəvvüründə kişilər haqqında belə bir yalnış fikir formalaşıb: “Onlar seks düşkünüdürlər”, “Zamanın, məkanın fərqi yoxdur nə vaxt qarşılarına belə bir “fürsət” çıxsa, onu dəyərləndirmək üçün əllərindən gələni edərlər”. Əslində isə bu iddia o qədər də reallığa uyğun deyil. Əslində elə hallar olur ki, qadınlar kimi kişilər də sekslə məşğul olmaq marağında olmurlar və əksər kişilər üçün bu səbəblər demək olar ki, eynidir. Bəs bu səbəblər hansılardır? İndi bu barədə sizə məlumat vermək istəyirirk.

1.Müxtəlif dərman preparatları
Kişilərin depressiya əleyhinə istifadə etdiyi müxtəlif dərman vasitələri onların cinsi hormonlarının inkişafını aşağı salır. Bu isə seks istəyinin azalmasına səbəb olur.

2.Yuxusuzluq
Yetkinlik dövründə və münasibətin ilk illərində kişilər seksə yuxudan daha çox əhəmiyyət verirlər. Zaman keçdikcə isə onlar üçün seks əvvəlki əhəmiyyətini itirir və yuxu əsas plana keçir. Buna görə də yuxusuz yetkin kişi üçün seks barədə düşünmək heç də cəlbedici deyil.

3.Şəxsi həyat
Şəxsi həyatları, tutduqları vəzifə, ailələri, dostları ilə bağlı hansısa ciddi problemləri olan kişilərin düşündükləri ən axrıncı şey seks olur desək, yanılmarıq. Çünki həyatı qaydasında olmayan heç bir kişi vaxtını əlavə əyləncələr haqqında düşünməyə sərf etmək istəmir.

4.Seksə qarşı marağını itirmə
Bəzi kişilər sekslə məşğul olmaqdansa, ondan uzaq durmağı üstün tuturlar. Bunun səbəbi çox vaxt tərəf müqabilləri ilə yaşadıqları hansısa problem, partnyorlarının vücuduna uyğunlaşa bilməmək və ya öz fiziki quruluşları ilə bağlı hansısa komplekslərlə əlaqəli olur. Bu vəziyyətə qalib gəlmək üçün ən təsirli vasitə heç nədən çəkinmədən qarşı tərəflə üzbəüz oturub problemləri bölüşmək və onların həlli yolunu axtarmaqdır.

5.Stress
Stresin səbəbləri müxtəlif ola bilər. Maddi vəziyyətdən tutmuş ailə ilə münasibətə qədər ən müxtəlif mövzular kişilərdə stress vəziyyətinin yaranmasına səbəb ola bilir. Maraqlısı budur ki, qadınlarla müqayisə edildikdə kişilərdə bu psixi vəziyyət daha uzun müddət davam edir və bu səbəb kişiləri seksdən uzaqlaşdırır.

6.Masturbasiya
Bəzi hallarda kişilər intim münasibətdənsə, masturbasiyanı üstün tuturlar. Bu sahədə uzun müddət “təcrübəsi” olan kişilər üçün getdikcə qarşı cinslə yaşaya biləcəkləri gecə həyatı maraqsızlaşmağa başlayır.

7.Şəxsi qorxular
Əminik ki, bu fakt xüsusilə qadınların marağına səbəb olacaq. Deməli, kişilər üzərində keçirilən psixoloji tədqiqatlar sübut edir ki, qadınlar kimi kişilər də elə düşünür ki, romantik, tam qaydasında davam edən bir münasibətdə seksə yer ayırsalar, bu onların münasibətinə mənfi təsir edəcək. İntim münasibətdən sonra qarşı tərəfə maraqlarının itəcəyini düşünüən kişilər, çox vaxt məhz bu səbəbə görə cinsi həyatdan uzaq dururlar.


Tarix: 06.01.2015 / 19:08 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Kişi yataqda