Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

loading...

Kişi yataqdaKişilər üçün seksuallıq

Sevdiyiniz kişinin gözündə seksual görünüb onu başdan çıxarmaq istəyirsinizsə, bu məqaləni mütləq oxumalısınız!

Sevgilinizlə baş-başa möhtəşəm gecə keçirmək, onun qarşısında heç vaxt olmadığınız qədər seksual görünmək istəyirsinizsə, bəzi detallara fikir verməlisiniz. Geyimi və makyajı qabartsanız, cazibədar deyil, gülməli və acınacaqlı hala düşə bilərsiniz. Zövqlər müxtəlif olsa da, kişilərin bu barədə ortaq fikirləri var. Demək olar ki, hamısı eyni fikirdədir.

Bəs kişilər nələri seksual hesab etmir?

Qırmızı dodaq boyasını sevməyən qadın yoxdur, ancaq sevgilinizlə ehtiraslı bir gecə keçirmək istəyirsinizsə, qıpqırmızı dodaqlarla onun qarşısına çıxmayın. Qonaqlıqlar, toylar və başqa gecələrdə qırmızı pomada əla seçim olsa da, öpüşmək üçün heç də uğurlu rəng deyil…
Təkcə qırmızı pomada deyil, Ardı »

Kişi yataqdaAktiv cinsi həyat istəyirsənsə…

Mütəxəssislərin sözlərinə görə, qadınlara nisbətən kişilərdə cinsi xəstəliklər daha tez müalicə edilir. Bunun üçün onların sağlamlıqlarına qarşı daha həssas davranmaları kifayətdir. Sağlam cinsi həyat keçirmək istəyən kişi aşağıdakılara daha çox diqqət etməlidir.

*Diyet
*Həyat tərzi
*Seksual həyat
*Peşə və iş şəraiti

Kişilərin diqqət etməli olduğu əsas məqamlardan biri də kimyəvi şüalanmadır. Çünki radiasiya, zərərli maddələr kişilərdə sperma istehsalını aşağı salan əsas göstəricilərdəndir. Buna görə də dizüstü kompyüterdən daha çox istifadə edən, oturaq iş həyatı keçirən, yüksək istilik şəraitində çalışan kişilərdə sürətli formada çoxalan hücüyrələr (saç , dəri , qaraciyər , sperma hüceyrələri) zəif inkişaf etməyə, zədələnməyə başlayır.

*Dar şalvar, dar alt paltarları geyinməyin
Mütəxəssislərin sözlərinə görə, dar şalvarlar Ardı »

Kişi yataqdaSekslə bağlı bildiyimiz yalanlar

Nə qədər çox danışılan mövzu olsa da, bu barədə mütəxəssis fikri ilə insanlar arasında yayılan şayiə arasında kifayət qədər uyğunsuzluq var. İndi sizinlə peşəkar psixoloq və seksoloqların cinsi münasibət haqqında fikirlərini bölüşmək istəyirik. Əminik ki, aşağıdakı faktları oxuyarkən siz də “mən bunun əksini eşitmişdim”, “axı, mənə belə deməmişdilər” deyəcəksiniz.

1.Seksin insan vücuduna müsbət təsir göstərdiyi hər kəsə məlumdur. O, sağlamlıq baxımından xeyirlidir, amma xəbəriniz olsun ki, xəstə olduğunuz zaman yaşadığınız cinsi münasibət sizin sağlamlığınıza müsbət yox, mənfi yöndə təsir göstərəcək. Əslində ciddi əhəmiyyət verməsəniz də, qrip və bu kimi keçici xəstəliklərə yoluxduğunuz halda, cinsi əlaqə ilə məşğul olmaq bu xəstəliyin daha da Ardı »

Kişi yataqdaHəftənin ən seksi günü hansıdır?

“London School of Economics and Political Science” jurnalında nəşr edilən bir araşdırmaya görə cümə axşamı, yəni dördüncü gün intim münasibətdə olmaq üçün ən ideal gündür. Elm adamlarının iddialarına görə, cümə axşamları seks hormonları daha aktiv olur. Xüsusi ilə də dördüncü günlər səhər tezdən bu hormonların səviyyəsi pik nöqtəyə çatır. Bu vaxt qadınlarda cinsi münasibəti tənzimləyən hormon hesab edilən ostrojenin, kişilərdə isə testesteronun səviyyəsi 5 qat artır.
Bu araşdırmada mütəxəssislər digər günlərin də əhəmiyyətinə diqqət yetiriblər. Belə qənaətə gəlinib ki, əhəmiyyətli iş görüşləri, müzakirələr təşkil etmək üçün ən uyğunsuz gün bazaar ertəsidir. Bunun səbəbi isə bir çox insanların bazar günü istirahətindən doymadan birinci Ardı »

Kişi yataqdaHəqiqi orqazm zamanı qadınlar necə davranır?

Aparılan araşdırmalar nəticəsində müəyyən olub ki, qadınların təxminən 40 faizi orqazm təqlidi edir. Psixoloqların fikrinə görə, qadınlar tərəf müqabillərinin yetərsiz olduğu fikrinə düşmələrini istəmədikləri üçün orqazm təqlidi edirlər. Bu məqaləmizdə sizə doğru və yalan orqazmı ayırd etməyin yollarından danışacağıq. Seksoloqların sözlərinə görə, qadın həqiqi orqazm zamanı aşağıda göstərildiyi kimi davranır. Bu hərəkətlərə diqqət yetirərək siz onun həqiqətən də orqazm olduğunu və ya sadəcə sizi “sevindirmək” üçün belə davrandığını hiss edə bilərsiniz.

1. Orqazm zamanı qadının ürək döyüntüləri sürətlənir, tənəffüs sayı artır, qan təzyiqi yüksəlir.
2. Orqazmdan qısa bir zaman əvvəl burunun sulanması və boğaz quruduğu üçün udqunmağa tələbat yaranır.
3. Boğazda sinənin arasında qızarma Ardı »

Kişi yataqdaYataqda onun nə fikirləşdiyini anlamaq istəyirsənsə…

“Not Tonight, Mr. Right” kitabının yazarı Kate Tylorun fikrincə, münasibətin əvvəlində qadınlar bir o qədər danışmasalar da, onlar hərəkətləri ilə çox şeyi izah etməyə çalışırlar. Bu zaman kişilərdən tələb olunan qarşı cinsi başa düşməyin çətinliyindən şikayətlənmək əvəzinə, onalara qarşı diqqətli davranmaqdır.
Yazarın fikrincə, hətta həyat yoldaşınızın yataq otağındakı hərəkətlərinə fikir verməklə siz gecənin necə keçəcəyini əvvəlcədən hiss edə bilərsiniz. Bu dəfəki məqalədə biz də sizə tərəf müqabilinizin yataq otağındakı hərəkətlərinin ifadə etdiyi mənalar barədə danışmaq istəyirik.

Yataqda üzbəüz uzanmaq
Bununla qarşınızdakı şəxs onun üçün diqqət mərkəzində olduğunuzu hiss etdirməyə çalışır. Bu zaman onun sizə yönlənmiş baxışları romantik bir gecə keçirmək arzusundan xəbər verir. Mütəxəssilərin Ardı »

Kişi yataqdaPis yatmaq cinsi aktivliyi azaldır

Yəqin ki, hələ də aramızda xoruldamağı adi hal kimi qiymətləndirənlər var. Amma mütəxəssislər belə hesab edirlər ki, bu əslində ciddi problemlərdən xəbər verir. Ümumiyyətlə, yuxu, yatmaq forması insanın sağlamlığının göstəricisidir. Əksər hallarda yuxu problemi olan insanlar gün ərzində baş ağrısından əziyyət çəkir, günortalar yatmaq istədikləri halda yata bilmirlər. Bundan başqa onlar depresiyaya daha meyilli, unutqan, yaddaşsız, asan əsəbiləşən və cinsi istəksizlik yaşayan insanlar olurlar. Bu uzun müddət davam etdikdə isə yüksək təzyiq, infarkt, ürək çatmazlığı,ürəkdə ritm pozuqluqları, iflic və ani ölüm riskini artırır. Son illər ərzində aparılan digər bir araşdırma isə sübut edib ki, xoruldamaq bütün bu xəstəliklərlə yanaşı eyni Ardı »

Kişi yataqdaKeçəl kişilərə bəd xəbər

“Keçəl kişilər yataqda daha aktiv olurlar”, “Tez-tez cinsi əlaqədə olmaq saç tökülməsinə səbəb olur”, “Masturbasiya saç tökür” kimi cümlələrlə tez-tez rastlaşırıq. Bəs görəsən, doğurdan da cinsi həyat və saç tökülməsi arasında tibbi cəhətdən hansısa bir əlaqə var?
Saçı tökülən bəzi kişilər bunu onlarda əsas cinsi aktivlik hormonu sayılan testosteron səviyyəsinin yüksək olması ilə əlaqələndirirlər. Lakin mütəxəssislər bildirirlər ki, saç tökülməsinin cinsi aktivlik ilə heç bir əlaqəsi yoxdur. Yəni, bu heç də o demək deyil ki, saçı tökülən bütün kişilər intim həyatlarının aktivliyinə görə digərlərindən fərqlənirlər.
Bununla yanaşı, həm də kişilər arasında belə fikir yayılıb ki, masturbasiya və ya tez-tez cinsi əlaqədə olmaq saç Ardı »