beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seks gəncləşdirir

Edinburq xəstəxanasında 45-55 yaşlı kişilər arasında aparılan araşdırmaya əsasən həftədə üç dəfə cinsi əlaqədə olan kişilər digərləri ilə müqayisədə 10 yaş daha gənc görünürlər. 3500 kişi arasında aparılan bu təcrübə eyni zamanda onu sübut edib ki, seks zamanı qan təzyiqi artdığı üçün xoşbəxtlik hormonu da artmağa başlayır. Bu isə öz növbəsində cildin daha parlaq və sağlam görünməsinə şərait yaradır.
Eyni zamanda intim münasibət zamanı insanın əhval ruhiyyəsini qaldıran endorfin adlı maddənin miqdarı artır.
İngiltərədə aparılan digər bir araşdırmanın nəticələri də 10 il ərzində müntəzəm olaraq tez-tez orqazm olan kişilərin, daha az və nizamsız şəkildə orqazm olanlarla müqayisədə daha çox yaşadığını sübut edib. Bunun səbəbi isə orqazm zamanı ifraz olunan spermlə əlaqələndirilib. Çünki bu hormonlar vaxtaşırı olaraq ifraz edilmədikdə insanda xərçəng və ürək xəstəliklərinin yaranma riski daha çox olur.
Eyni zamanda seks ürək-damar sistemini gücləndirdiyi üçün intim münasibət insanın infarkt olma riskini də aşağı salır.
Seksin faydaları təkcə bunlarla bitmir. İntim münasibət eyni zamanda yuxusuzluq probleminin də həll yolu hesab edilir. Çünki, orqazmdan sonra insan bədənindəki endorfin sərbəst qalır, bu da beyində morfin təsiri yaradır, bədən boşalıb rahatlayır.
Seksin digər bir faydası isə onun immunitet sistemini gücləndirməsidir. Belə ki, həftədə bir və yaxud da iki dəfə sekslə məşğul olmaq soyuqdəyməyə, qripə qarşı immunitet sistemini 30%-ə yaxın gücləndirir.


Tarix: 06.01.2015 / 19:08 Müəllif: Aziza Baxılıb: 109 Bölmə: Kişi yataqda