beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yataq otağındakı xoş ətir cinsi istəyi artırır

Qadın və kişi yüzillərdir bir-birinə təsir etmək, qarşı tərəfin diqqətini cəlb etmək üçün müxtəlif variantlar üzərində düşünürlər. Bu mövzu üzərində hələ də baş sındıran oxucularımız üçün maraqlı bir xəbərimiz var.
Fransada aparılan bir araşdırma nəticəsində belə qənaətə gəlinib ki, qarşı tərəflə yaddaqalan, romantik gecə keçirmək üçün incə toxunuşlar, həssas davranışlarla yanaşı, bu zaman hiss etdiyiniz qoxu da önəmli amillərdəndir. Yataq otağınızdan hansı qoxunun gəlməsi cinsi həyatınıza təsəvvürünüzə gətirə bilməyəcəyiniz dərəcədə böyük təsir edir. Hələ Qədim Misir, Yunanıstan təbabətində cinsi istəyi artırmaq üçün müxtəlif üsullardan istifadə edilirdi. Bu məqsədlə onlar müxtəlif çeşidli bitkilərin yağ və ətirlərindən faydalanırdılar.
Son dövrlərdə aparılan araşdırmalar isə onu sübut edib ki, qoxubilmə qabiliyyəti beyindəki digər duyğuları idarə etmək funksiyasına malikdir. Xüsusilə də qadınlarda cinsi istək beyin vasitəsilə idarə edildiyi üçün xoş qoxunun onların əhval-ruhiyyəsinə, dolayısı ilə də cinsi istəklərinə təsir etmə qüvvəsi böyükdür.
Buna görə də, əziz kişilər, yataq otağında istifadə edəcəyiniz müxtəlif qoxular cinsi həyatınıza birbaşa təsir edəcək.


Tarix: 06.01.2015 / 19:06 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Kişi yataqda