Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həftənin ən seksi günü hansıdır?

“London School of Economics and Political Science” jurnalında nəşr edilən bir araşdırmaya görə cümə axşamı, yəni dördüncü gün intim münasibətdə olmaq üçün ən ideal gündür. Elm adamlarının iddialarına görə, cümə axşamları seks hormonları daha aktiv olur. Xüsusi ilə də dördüncü günlər səhər tezdən bu hormonların səviyyəsi pik nöqtəyə çatır. Bu vaxt qadınlarda cinsi münasibəti tənzimləyən hormon hesab edilən ostrojenin, kişilərdə isə testesteronun səviyyəsi 5 qat artır.
Bu araşdırmada mütəxəssislər digər günlərin də əhəmiyyətinə diqqət yetiriblər. Belə qənaətə gəlinib ki, əhəmiyyətli iş görüşləri, müzakirələr təşkil etmək üçün ən uyğunsuz gün bazaar ertəsidir. Bunun səbəbi isə bir çox insanların bazar günü istirahətindən doymadan birinci gün işləməyə məcbur olmasıdır. Buna görə də məcburi şəkildə könülsüz iştirak edəcəyiniz iş görüşündənsə, bunu başqa vaxta təxirə salmağınız daha məsləhətlidir.

Mütəxəssislərə görə, xoşagəlməz vərdişlərdən qurtulmaq üçün isə ən ideal gün cümədir, çünki bu gün insan qarşısına qoyduğu məqsədə çatmaq üçün bütün diqqətini həmin istiqamətdə yönəldir.


Tarix: 06.01.2015 / 19:06 Müəllif: Aziza Baxılıb: 43 Bölmə: Kişi yataqda
loading...