beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilər seks zamanı nə düşünür?

Kişilərin mimikası seks zamanı çox qəribə, anlaşılmaz görünür. Sanki o nə ətrafda baş verən hadisələrin, nə də sizin fərqinizdədir. Əksər hallarda kişilər bu zaman tərəf müqabillərinin gözünün içinə baxmamağa çalışırlar və onun verdiyi sualların, danışdıqlarının fərqində deyillərmiş kimi davranırlar. Bəs bu zaman onların nə düşündüyünü, beyinlərini məşğul edən məsələnin nə olduğunu bilirsiniz? Kişi.az-ın xanım oxucuları, əgər bu barədə heç bir məlumatınız, təsəvvürünüz yoxdursa, hazır olun, indi bu barədə kişilərin kiçik sirrini sizinlə paylaşacağıq.
Kişilər seksdən əvvəl bir çox məsələ haqqında düşünürlər. Bu zaman onları maraqlandıran əsas mövzulardan birincisi tərəf müqabilini razı salacaq gecə keçirmək üçün etməli olduqlarıdır. Kişilər qadınlarını təəccübləndirmək üçün hər cür vasitədən istifadə etməyə hazırdırlar.
Bir çox kişi elə düşünür ki, intim münasibət zamanı nə qədər gec orqazm olsalar, tərəf müqabilləri onların “işindən” bir o qədər razı qalacaq. Buna görə də onlar əllərindən gələn qədər orqazma çatma müddətini uzatmağa çalışırlar. Bu zaman kişinin üzünün qəribə ifadə almasının, sanki qadınını eşitmirmiş kimi davranmasının əsas səbəbi isə onun hazırkı vəziyyətdən başqa hər şey haqqında düşünməsidir. Onlar belə düşünürlər ki, nə qədər çox sizin haqqınızda, indi aldıqları zövq barədə düşünsələr, gecəniz bir o qədər tez bitəcək. Buna görə də o heç vaxt ağlınıza gəlməyəcək şeylər haqqında düşünür. Məsələn, riyaziyyatdakı o hovuz məsləsinin həlli necə idi? dünən iş yoldaşı Fariz hansı rəngdə pencək geyinmişdi? və.s.
Yəni əziz xanımlar, onlar bu zaman sizin keçirəcəyiniz gecənin uzun olmasından daha çox incə hərəkətlərə, xoş sözlərə üstünlük verdiyinizi bilirlər. Amma kişi üçün keyfiyyət deyil, kəmiyyət önəmlidir. Onun üçün uğurlu gecə maksimum dərcədə uzun müddət davam edən cinsi əlaqədir.


Tarix: 06.01.2015 / 19:09 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Kişi yataqda