beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarda yemək yemə problemi

Körpələrlə bağlı ən vacib problemlərdən biri də yemək yeməmələridir. Bu zaman-zaman valideynləri çox narahat edir. Bu problemi bəzi tədbirlərlə aradan qaldırmaq olar. Uşaqların yemək yeməsi və bunu böyüyəndə də davam etməsinə görə uşaqlar üçün yeməyi oyuna çevirin, onlar yemək yeməyin bir oyun olduğunu zənn etsinlər. Bunu üçün də kiçik olsa da amma təsiri olan bir yol vardır. Əgər uşağınız yemək yemirsə, o zaman onunla birlikdə televizorun qarşısında əyləşin və reklamları tapın, reklamların daim dəyişməsi həmçinin də musiqilərinin ritminin dəyişməsi uşaqların marağını çəkəcəkdir. Buna görə də bir əlinizlə kanallarda reklamları tapın digər əlinzlədə uşağınızın yeməyini verin. Əgər bunu etmək çətindirsə o zaman reklamları videoya yazın və yemək zamanı onu izləyin. 6 aylıq və 3 yaşına qədər olan körpələrin heyran olduqları uşaq proqramları var. Körpənizin yemək saatlarını mümkün olarsa o saatlara salın. Və ya yemək vaxtı həyat yoldaşınızın və yaxud da rəfiqənizin evdə olmasını təşkil edin ki, onların etdikləri maraqlı hərəkətlər və səslər körpənin diqqətini yayındırsın. Heç yemək yeməyən uşaqların da mütləq xoşladıqları qida var, bu şokolad olsa da onu gündə 3 dəfə verin yesin, qısa müddət sonra ondan bezəcək və yeni nəsə yemək istəyəcəkdir. Əlinə ən çox sevdiyi oyuncaqlarını verin. Sevdiyi oyuncağı yerə atıb qırmağa çalışmayacağı üçün qaşığa vura bilməyəcək. Köhnə kompüterinizi atmayın, körpənizi onun qarşısında oturdun, o klavyaturaya vuranda siz də ona yemək verin, o yemək yediyini hiss etməyəcək. Əlinizlə verəndə yemədiyi qidaları masanın üstünə qoyun və otaqdan çıxın, çıxarkən "buna əl vurmaq olmaz, bunu yemək olmaz" kimi ifadələr işlətsəniz əmin olun körpəniz onu götürüb yeyəcək.
Əgər körpəniz yemək saatlarında sizi özünüzdən çıxarırsa, o zaman onu ilk dəfə qucağınıza alanda nə hiss etdiyinizi xatırlayın, bu sizi sakitləşdirəcəkdir və ona yemək verməyin, ən geci 8-10 saat sonra özü gəlib deyəcək ki, "ana yemək"! Kök uşaqlara baxıb həsəd aparmayın. Onun əvəzinə belə düşünün ki, mənim uşağım arıq olsa da sağlamdır. Hər yemək vaxtı 3-4 növ yemək hazırlayın, beləliklə yemək yedizdirmə şansınız 4 qat artacaqdır. Həftədə bir gün ən sevdiyi yeməyi mütləq bişirin. Yeməklərlə oynamasına icazə verin, oynaya biləcəyi qidalar verin.


Tarix: 06.01.2015 / 12:07 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Körpəyə qulluq