Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqların oynamaq üçün sevdiyi əşyalar

Cib telefonları körpələrin oynamağa həvəs göstərdiyi əşyalardır. Düymələrə basıb, ekranın işıqlandığını görmək və çıxan səsləri dinləmək onları cəlb edir. Yeni ağıllı telefonunuzun zərər görməsini istəmirsinizsə, köhnə telefonlarınızı oyuncaq olaraq istifadə edin.
Körpələr boş qablarla oynamağı sevir. Xüsusilə yanında bir qab içində su versəniz. Bütün günü damlalığı suyla doldurub, boşaldaraq keçirə bilərlər.
Dəyişik boydakı karton qutular körpələrin ən sevdiyi oyun vəsaitlərindən biri. Köhnə bir karton qutuyla oynamaqdan dərhal sıxılacaqlarını düşünürsünüzsə, yanılırsınız.
Pult ilə oynayıb kanalları dəyişdirmək körpələrin ən sevdiyi oyunlardan biri.
Boş ya da dolu plastik şüşələr nədənsə körpələrin diqqətini çəkən şeylərdən biri. İçində su olmasa belə əllərinə alıb yelləməyi sevirlər.
Metal ya da plastik, halqaya keçirilmiş qaşıqları körpələrin oynamağı sevdikləri mətbəx əşyalarından biri.


Tarix: 06.01.2015 / 11:33 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Körpəyə qulluq
loading...