Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlar üçün yemək reseptləri

Südlü şorba
1 çay stəkanı süd
1 yemək qaşığı düyü unu

Pomidor suyu
1 şirin qaşığı zeytun yağı
Hazırlanışı; bir qazana süd qoyulur 1 yemək qaşığı düyü unu , yarım çay stəkanı pomidor suyu və ya əzməsi əlavə olunub bişirilər.
1çay qaşığı zeytunyağı əlavə edilərək uşağa yedirilər. Un qatılmadığında çox az çörək içi parçalanıb verilə bilər.

Qeyd: Körpələrə inək südü 1 yaşından əvvəl verilməməlidir.

Sup-püre
1 dənə orta ölçüdə kartof, 1 ç.q. manna yarması, 1/2 ç.q. kərə yağı, 1 yumurtanın sarısı, 1/4 stəkan süd (uşaqlar üçün olan xüsusi quru süddən hazırlanır), 2/3 stəkan su.

Kartofu təmizləyin, doğrayın və vam odda bağlı qabda hazır olana qədər bişirin. Hazır kartofu ələkdən sıxın, kartof bişirilən suyu əlavə edin və yenə bir neçə dəqiqə qaynadın. Manna yarmasını soyuq suda həll edin və püreyə əlavə edib 10 dəqiqə ərzində vam odda bişirin. Yumurtanın sarısını qaynanmış soyuq süd ilə qarışdırın və sup-püreni qarışdıra-qarışdıra ona əlavə edib 1-2 dəq. ərzində qaynadın. Sup-püreni oddan götürüb ona kərə yağı əlavə edin.

Toyuq püresi
80 q. toyuğun yağsız əti ("broyler" toyuqlarından yox, "kənd" toyuqlarından istifadə olunur), 2 x.q. süd, 1/2 stəkan su, az miqdarda cəfəri və xırda doğranmış baş soğan, 1/2 ç.q. kərə yağı, 1/2 ç.q. un.

Toyuq əti suya cəfəri və soğan əlavə edilib hazır olana qədər vam odda qapağın altında bişirilir.
Ət ətçəkən maşınından 2 dəfə olmaqla keçirilir, ona bulyon, un və kərə yağı əlavə olunur və 2-3 dəq. ərzində qaynadılır.
Daha sonra püreyə isti süd və duz əlavə olunur, yenə 1-2 dəq. ərzində qaynadılır.

Balıq küftəcikləri
100 qr. balıq filesi (treska), 1 tikə çörək, 2/3 stəkan su, 1 yumurtanın sarısı, 1/2 ç.q. kərə yağ.

Balıq filesi soyuq suda isladılmış çörəklə birlikdə 2 dəfə ətçəkən maşınından keçirib, yumurta sarısını və kərə yağı əlavə edin.
Qiymə (farş) yaxşı qarışdırılır və xırda küftəciklər formasına salınır. Küftəciklər qaba yığılır, üzərinə su əlavə olunur və vam odda divarları qalın olan bağlı qabda bişirilir.

Toyuq kotletləri
100 qr toyuq əti, 1 tikə ağ çörək, 1/4 stəkan süd, 1/2 ç.q. kərə yağı, 1 dənə yumurta.

Toyuq əti süddə isladılmış çörəklə birlikdə 2 dəfə ətçəkən maşınından keçirilir. Yumurta, duz, yumşalmış kərə yağı əlavə olunur və yaxşı qarışdırılır.
Qiymədən kotletlər formalanır və buğda hazır olana qədər bişirilir.

Ev kəsmiyi
Uşaqlar üçün olan kefir (dükanlarda satılır) təmiz minalanmış qaba tökün və su hamamında kəsmik əmələ qələnə qədər qızdırın. Suyu tökün, kəsmiyi ələkdən sıxın.


Tarix: 05.01.2015 / 16:49 Müəllif: Aziza Baxılıb: 53 Bölmə: Körpəyə qulluq
loading...