beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağınız İştahsızmı?

Bir çox ana və ata uşağının iştahsız olduğundan ya da yemək seçdiyindən şikayətlənər. İştahsızlıq, uşaqlıq dövründə sıx rast gəlinən vəziyyətlərdən biridir. Doğru zamanda doğru qida seçkisi və doğru yanaşma ilə asanca həll edilə biləcək bu problem evlərdə bəzən müzakirələrə və süfrədə döyüşlərə belə səbəb olar. Uşaqlarda görülən iştahsızlığın səbəblərini bilərək və aşağıdakı təkliflərimizi tətbiq edərək, uşağınızı bu problemdən asanca qurtara bilərsiniz…
Uşağım niyə iştahsız?
Uşaqlarda iştahsızlıq; sağlamlıq problemləri, psixoloji problemlər və valideynlərin səhv istiqamətləndirmələri nəticəsində meydana gələr. Diş çıxarma dövrlərində və ishal, qusma, qızdırmalı xəstəliklər əsnasında, qansızlıq və bağırsaq parazitlərinin varlığı kimi vəziyyətlərdə uşaqlar ümumiyyətlə iştahsız olarlar. Ailə və yoldaşları ilə problemləri olan uşaqlarda və yetkinlik dövründə şəxsiyyət axtarışına girən fərdlərdə iştahsızlığa daha sıx rast gəlinər.
Uşaqlarda görülən iştahsızlığın ən məşhur səbəblərindən biri də, ailə fərdlərinin uşaqlara yemək yemələri mövzusunda etdiyi təzyiqlərdir. Uşağı yemək yeməsi mövzusunda davamlı məcbur etmək, süfrədə onunla yemək mövzusunda mübahisə etmək, yemək yeməsi üçün mükafatlandırma yoluna getmək, iştahsızlığı həll etməyəcəyi kimi problemin daha böyük bir problemə çevrilməsində rol oynayacaq.
İştahsızlıq problemini necə həll edə bilərəm?
Diqqət yetirməniz lazım olan ilk təməl nöqtə, öz bəslənmə tərzinizdir. Çünki uşağınız sizi təqlid edərək həyatı öyrənməyə çalışır. Sizin şok zəifləmə diyetləri tətbiqiniz, qida seçiliyiniz və vaxtında yemək yeməmək kimi pis vərdişləriniz də uşağınız tərəfindən müşahidə edilir. Sağlam bəslənmə vərdişləri olan bir fərd yetişdirmək üçün başda öz bəslənmənizi təşkil edin və sağlam bəslənmə vərdişlərindən imtina etməyin.
Uşaqların yediklərinə diqqət yetirməsi və sağlam bəslənmə vərdişlərinə sahib olması üçün, doğru bəslənmə haqqında məlumat sahibi olması lazımdır. Yaşı uyğunsa ona mətbəxdə qidaları tanıdaraq və faydalarını izah edərək müsbət bir addım ata biləcəyiniz kimi oyunlarla da onun diqqətini çəkə bilərsiniz. Yaşına uyğun etibarlı qaynaqlardan faydalanmaq və ya onun bir bəslənmə və diyet mütəxəssisi ilə görüşməsini təmin edərək də, sağlam bəslənmə mövzusunda məlumatlı olmasını təmin edə bilərsiniz.
İştahsız bir uşağın önünə tıxa basa dolu qablar qoymaq ya da davamlı onu yemək yeməsi mövzusunda xəbərdar etmək, onu başqalarının yanında tənqid etmək, yemək yeməsi üçün onunla mübahisə etmək və onu başqa uşaqlarla müqayisə etmək problemi həll etməyəcək əksinə daha çox böyüdəcək. Bu cür davranışlar, uşağınızı yemək yemə mövzusunda motivasiya etməyəcəyi kimi yeməklərdən daha çox uzaqlaşmasına və sizə qarşı müqavimət meydana gətirməsinə səbəb ola bilər. İştahsızlıq problemini daha böyük problemlərə çevirə biləcək bir başqa yanaşma isə, uşağı mükafatlandırmaqdır. Həyatını davam etdirməsini təmin edən bəslənməyi bir mükafat vasitəsi olaraq görməsi hər yemək üçün sizdən bir mükafat istəməsinə səbəb ola bilər. Mükafatlandırılmağa alışan bir uşaq, zamanla etməsi zəruri olan digər bir çox şey üçün də mükafat istəməyə başlayacaq.
İştahsızlığın ən sıx görülən səbəblərindən biridə, nizamsız bəslənmə və uşaqlara ara yemək aralarında keks, biskvit, tort, kraker kimi qidaların verilməsidir. Ara yeməklər də qarınını bu kimi məhsullarla doyuran uşaq, ana yeməklərdə yemək yemək istəməyəcək. Uşağınızın nizamlı olaraq 3 ana, 2 ara yemək vaxtların da bəslənməsini təmin etməniz və ara yeməklərdə meyvələri seçməniz uşağınızın qida istehlakını artıracaq.
Heç istehlak etmədiyi qidalara kiçik boşqablarla başlamaq və istehlak etmədiyi qidaları fərqli şəkillərdə təqdim etmək (südü pudinq edərək, tərəvəzləri makaron və ya börəklərdə istifadə edərək vs.) uşağınızın fərqli qidalara alışmasını təmin edə bilər. İlk mərhələ tamamlandıqdan sonra miqdarı yavaş yavaş artırın.
Süfrəni daha maraqlı hala gətirmək uşaqların diqqətini çəkməkdə yaxşı bir yol ola bilər. Qabda salatnın bir körpə şəklində dizayn edilməsi, rəngli stəkanlar, uşaqlar üçün xüsusi çıxarılmış pipetlər və sevdiyi cizgi qəhrəmanlarının şəkilli süfrələrindən istifadə etmək də uşağın süfrəyə olan marağını artıra bilər.


Tarix: 03.01.2015 / 14:30 Müəllif: Aziza Baxılıb: 78 Bölmə: Körpəyə qulluq