beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eviniz uşağınız üçün Etibarlıdır?

Gündəlik həyatın axarıyla məşğul olarkən o qədər başınız qarışar ki, zaman uçar gedər. Bu da deməkdir ki, eviniz uşağınız üçün ən etibarlı yerr olmaya bilər. Hər gün görmədiyiniz şeyləri aradan göyürməyi unuda bilərsiniz amma bəzi işləri gündəlik sıraya qoymaq və bu işləri edib etmədiyinizi nəzarət etmək (hətta iki dəfə nəzarət etmək) və evinizi daha etibarlı bir hala gəlməsi üçün yeniləmək, inkişaf etdirmək uşağınız və ailənizin geri qalanı üçün əhəmiyyətlidir.
Evinizin uşağınız üçün etibarlı olub olmadığını sürətli addımlarla nəzarət edin;
Ütü və bu kimi şeylərə nəzarət edin və lazımdırsa istifadə etmədiyiniz andaca cıxarın.
Evinizdəki havanın keyfiyyəti uşağınızın sağlam olmasının açarıdır. Qışdaevin istiləşməsi, yayda isə sərin olması borularda toz, nəm və bəzən də kif meydana gəlməsinə səbəb ola bilər. Hava kanallarınızı mütləq nizamlı olaraq təmizlədin.
Hava filtri
Hava filtrlərinin nizamlı olaraq təmizlənməsi hava keyfiyyəti baxımından əhəmiyyətlidir. Çirkli hava filtrləri isidiciniz və kondensionerlərinizin çətinlik çəkərək işləməsinə səbəb olar. Hava filtrləri toz, çirk, kif və digər orqanik mürəkkəbləri saxlayar. Bu da uşaqlarda allergiyalara və soyuqdəymə və qrip kimi xəstəliklərə səbəb ola bilər.
Uşaqlar qapıları asılar çəkər və təpiklərlər. Bu qapılar da bu təsirlərdən ötəri bir müddət sonra boşala bilər, divardan çıxa bilər ya da zərər görə bilərlər. Uşağınızı nərdivan başları kimi təhlükəli bölgələrdən qorumaq üçün qapıları bir neçə aydan bir mütləq möhkəm olub olmadıqlarını nəzarət edin.
Təhlükəsizlik vəsaitlərinin yapışdırıcıları ya da vintləri zaman içində boşalar və ya qırıla bilərlər. Təhlükəsizlik vəsaitlərinizin möhkəm olub olmadıqlarından əmin olmaq üçün onları nizamlı olaraq nəzarət etməlisiniz.
Tüpürcəklər və zaman səbəbiylə batareyalarınız nəmlənə bilər. Batareyalı oyuncaqlarınızın batareyalarının əriyib ərimədiyini mütləq nizamlı olaraq nəzarət edin.
Geniş oyuncaq qutuları uşaqlarınıza zərər verə bilər. Oyuncaqlar içində qırıla bilən və kiçik parçalar qutunun dibinə qaça bilər. Bu qırılan kiçik parçalar uşağınızın əlini kəsə bilər ya da uşağınız bu parçaları udub boğula bilər. Bundan ötəri, uşağınızın oyuncaq qutularını tez-tez nəzarət edin və qırılan oyuncaqları ,xırda oyuncaqları zibilə atın.
Yanıqlar, ev içində uşaqların başına ən çox gələn qəzalardır. Onları belə təhlükəli hadisələrdən qoruyun.


Tarix: 03.01.2015 / 14:22 Müəllif: Aziza Baxılıb: 58 Bölmə: Körpəyə qulluq