beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağınızı təhlükəli şəraitdə böyüdürsünüz?

Hamam və mətbəxdəki təhlükələr
Tibbi dərmanlar, ya da evi təmizləmək üçün istifadə etdiymiz kimyəvi maddələr uşaqlar üçün risklidir.
Xəbərlərdə balaca uşaqların kimyəvi maddələrlə necə zəhərləndiklərinin və ya əl-üzlərini zədələdiklərini oxuyub və ya seyr etmisiniz. Buna görə də bu cür maddələri uşaqların əlinin çatmayacağı yerlərdə ağzı apalaı vəziyyətdə saxlamaq lazımdır. Diqqət yetirilməsi vacib olan başqa bir məsələ də qaz peçləri və sobalardır. Ana-atalarını təqlid etməkdən xoşlanan uşaqlar, onlar kimi yeməyi qarşdırmaq, ya da çaydandan fincana çay süzməkdə inananılmaz dərəcədə maraqlı olurlar.Sizin mətbəxdə olmadığınız bir neçə dəqiqqə belə, bu istəklərini gerçəkləşdirmək üçün yetərlidir. Bu na görə də uşağınızı mətbəxdə az vaxt ərzində belə, tək buraxmayın. Onun çata biləcəyi məsafədə qazan, çaydan, və.s qoymayın. Lazım olarsa, peç və soba qoruyucularından istifadə edin. Pilləkənli evlərdə uşaqlar daha çox diqqətədə saxlanılmalıdır. 8-ci aydan sonra iməkləyərək hərəkət edə biləcəyini kəşf edən uşaqların ilk yoxlayacağı şeylərin əvvəlində pilləkənə dırmaşmaq gəlir.
Diqqətli ata-analar sağlam uşaqlar
Uşaq sahibi olmaq diqqətli və tədirli olmağı tələb edir. Uşaqlarınızı 4 divar arasında böyütməyəcəyimiz dəqiqdir. Buna görə də onlar üçün ən uyğun yaşam tərinzi hazırlamaq valideynlərə düşür. Uşağınız iməkləmə dövrünə girmədən onun inkişafını əngəlləməyərək baş verə biləcək təhlükələrdən qoruyacaq tədbirlər görməlisiniz. Hər zaman onu göz həbsində saxlaya bilməzsiniz. Ya da əl uzatdığı əşyaları 1 an içində ortdan qaldıra bilməzsiniz. Bu həm sizin üçün yorucu, həm də uşağa fikizi və psixloji zədə verə bilər. Lazımsız ora-bura qaçmaq isə uşağnızla keçirəcəyiniz məhdud və bir daha yaşanmayacaq vaxtaların ləzzətini azaldar.
Diqqət! Ev qəzalarına qarşı mütləq tədbir görülməlidir. Ev qəzaları 14 yaşdan aşağı uşaq ölümlərinin əsas səbəblərindən biridir. Bu qəzaların 3 də 1 insanların öz evlərində baş verir. Ev qəzalarının qurbanlarının 45 %-i 0-6 yaş qrupu uşaqlarıdır.


Tarix: 03.01.2015 / 12:17 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Körpəyə qulluq