beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaxşı dayəni necə müəyyən edək?

Öncəliklə, işə götürəcəyiniz dayənin uşağınıza baxmağa həqiqətən könüllü olduğuna əmin olun, ola bilər ki, onu yalnız aldığı əməkhaqqı maraqlandırsın və bu da sizin və uşağınızın təhlükədə olmasının ilkin göstəricisidir. Dayənin uşağınıza öz evinizdə baxmasını şərt qoyun. Dayənin dünyagörüşü və təhsili barədə maraqlanın və övladınıza baxmasına qərar verdiyiniz dayəni ona hiss etdirmədən izləyin.
Övladına dayə axtaran hər bir valideynin diqqət edəcəyi xırdalıqlar var. Milli.az xəbər portalı pedaqoq Şura Qocayeva və psixoloq Naib Allahverdiyevin köməyi ilə analara dayə seçimində dəstək olması üçün kiçik bir məsləhət hazırlayıb. Bu da həmin məsləhətdən yaranmış siyahı.
Dayəniz:
• Təmiz, intizamlı və dürüst olmalı,
• Ailə həyatı qaydasında olmalı,
• Dəqiq və cəld olmalı,
• Mehriban və gülərüzlü olmalı,
• Xoş və mülayim görünüşlü olmalı,
• Sabit fikirli və yeniliyə qarşı sərt olmamalı
• Məsuliyyətli olmalı,
• Ünsiyyətcil olmalı,
• Tam olmasa da, körpənin anasına həm xasiyyət, həm də görünüşcə bənzəməli,
• Səbrli olmalı,
• Təhsilli, öz üzərində işləyən olmalı,
• İşinə mane olacaq bir problemi olmamalı,
• Siqaret çəkməməli, içki içməməlidir.


Tarix: 03.01.2015 / 12:05 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Körpəyə qulluq