beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

WireLurker-virusu

“WireLurker” adlandırılmış yeni virus Mac OC и iOs əməliyyat sistemlərini sıradan çıxarır. Bu virus Apple qurğusu üçün kənar əlavələr mağazası - Çinin “Maiyadi App Store” mağazası vasitəsilə “Mac” kompyuterlərinə daxil olur. Amerikanın kibertəhlükəsizliklə məşğul olan “Palo Alto Networks” şirkətinin ekspertlərinin məlumatına görə, son altı ayda təqribən 400 viruslu əlavə 350 000 dəfədən çox köçürülüb. Bu əlavələr yüz minlərlə istifadəçiyə ziyan vura bilərdi.
Yeni virus “Mac” kompyuterinə və ya noutbukuna qoşulmuş USB-kabel vasitəsilə avtomatik olaraq iPhone , yaxud iPad qurğularına daxil olur. O hətta iPhone və ya iPad “Jailbreak” prosedurundan keçmədikdə də bu qurğulara daxil ola bilir. “Jailbreak” rəsmən “Apple” tərəfindən dəstəklənməyən və bu korporasiyanın qurğularına başqa mağazalardan əlavələr köçürmək imkanı verən əməliyyatdır. “Palo Alto Networks” icmalında deyilir: “WireLurker” USB vasitəsilə viruslu OS X sisteminə qoşulmuş bütün iOS-qurğuları izləyir və “Jailbreak” prosedurunun olub-olmamasından asılı olmayaraq kənar əlavəni bu qurğuya avtomatik surətdə daxil edir.
Bu, “Palo Alto Networks” şirkətinin qarşılaşdığı belə tipli ilk və ən güclü virusdur. Bu virus qurğuya düşən kimi ünvan və məlumat bölmələrinə daxil olur. Lakin zərərverici proqramın son məqsədi hələ ki, aşkar edilməyib.


Tarix: 25.11.2014 / 13:27 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Internet Yenilikleri