beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgilimə (Hardadır 2)

(verse: Qaraqan)
Hansı evdə, hansı pəncərələrdə
Hansı şəhərdə, hansı küçələrdə
Hardasan, sevgilim?
De mənə sənin yerini necə bilim?
Salam, sevgilim, necesən?
Növbəti məktubu sənə göndərirəm
Qoy mahnılar olsun məktubum
Tək sənə yazıram, hamını unut, unut
Canım, səni necə görmək istəyirəm
Gözlərinə baxıb gülmək istəyirəm
Neçə ildir ki, gözləyirəm
Hərdən tək qalanda lap ölmək istəyirəm
Bəlkə çox yaxınsan, bəlkə çox uzaq
Artıq sənsiz olmur yaşamaq
Kaş bilərdin, necə çətin səni tapmaq
Qoy desinlər, bu mövzu təkrardı
Amma sənə görə hər şeyə mən hazır
Hər kəsin yanında sevgilisi
Amma Qaraqan yenə otaqda tək yazır

(Nəqarət: Qaraqan)
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir siz oxuduz əzbərdən
Gülür gözlərim səhnədə
Kim bilir mənim içimdə nə dərdlər
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir ki, gəlmir şahzadəm
Mənim sevgilim hardadır
Ona deyin ki, Qaraqan təkdir və dardadır

(verse: Qaraqan)
Səni axtarır hər yerdə gözlərim
Deyirlər bəsdi möcüzə gözlədin
Olmur nağıllar, gəlmir mələklər
Sevgi yoxdur, özün deyirdin axı sən
Bəsdir qaldın bu qədər sən tənha
Ətrafına bax bir doludur qızlarla
Sevir hamı səni, yazır hamı sənə
Bu ki, arzusu hər oğlanın, əfəlsən
Amma mən gözləyəcəm tək səni
Bilirəm, indi dinləyirsən məni
Bilirəm, necə çətindir qız olmaq
Qürura xətt çəkib, ilk addımı atmaq
Qoy desinlər, bu mahnı mənasız
Amma sənə görə hər şeyə mən hazır
Hər kəsin yanında sevgilisi
Amma Qaraqan yenə otaqda tək yazır


(Nəqarət: Qaraqan)
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir siz oxuduz əzbərdən
Gülür gözlərim səhnədə
Kim bilir mənim içimdə nə dərdlər
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir ki, gəlmir şahzadəm
Mənim sevgilim hardadır
Ona deyin ki, Qaraqan təkdir və dardadır


(verse: Qaraqan)
Gəl yanıma saxlayaq zamanı
Bir dəfəlik unudaq hamını
Tənha bir ada, yalnız sən və mən
İlıq dalğalar, isidir günəş
Gecə ulduzlar, qalayaq ocaq
Yalnız öpüşlər, yorğanımız qucaq
Kiçik bir daxma, bizim sevgimiz
Dünya dağılsın, qalaq tək ikimiz
Sən inanmırsan, amma sənə görə mən
Harda olsan, arxanca gələrəm
Nəyə gərək bu şan-şöhrət
Onları bölüşməyə yoxsansa yanımda sən
Mənə lazım deyil nə mahnılar
Nə şöhrət, nə də ki, bu alqışlar
Qoy bu da olsun mənim zəifliyim
Sənə görə atmağa hazıram hər şeyi


(Nəqarət: Qaraqan)
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir siz oxuduz əzbərdən
Gülür gözlərim səhnədə
Kim bilir mənim içimdə nə dərdlər
Neçə ildir mən yazdım sevgidən
Neçə ildir ki, gəlmir şahzadəm
Mənim sevgilim hardadır
Ona deyin ki, Qaraqan təkdir və dardadır


Tarix: 30.03.2015 / 11:15 Müəllif: Aziza Baxılıb: 724 Bölmə: Host