beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yorğun

(verse: Qaraqan)
Qoy bu nəğmə mənim olsun
Ağlasın, bəbəylərin, yuyulsun
Körpə yuxuda qanadlansın aləm
Qoy bu nəğmə dünyam olsun
Gizlənim içində yaddaşımnan
Hər kitabəmin içində matəm
Qoy bu nəğmə leysan olsun
Soyutsun içimi ləpələriylə
Həsrət alovu yandıranda ciyərlərimi
Qoy bu nəğmə insan olsun
Mənə yaxın mənnən
Sevgilim olsun
Oxusun göz yaşıyla əsərlərimi
Qoy bu nəğmə əbədi qalsın
İllərin məsafəsiz axınlarında
Desinlər: “Bir dəli bunu yazdı”
Qoy bu nəğmə məktub olsun
Göndərilsin hər tənha qəlbə, yaralı ürəyə
Anlasın ki, tək deyil
Piyalələr doldu
Buludlarla yağdı içimə yağışlar
Yenə də tələsib evinə qaçışacaq piyadalar
Röyadayam, ac köpəklər sümüklərimi gəmirdikcə
Sufi Dərviş güc verirdi, səbrimə, iradəmə
Minarələr səmanın üzünü tutaraq
Aparır içimi çölümü
Yaradanın hüzuruna qanlı günahlarla gəldim
Parçalandı qış baharla, qar adamı da əridi səhərə
Bilmirəm, rəhm edərmi, Tanrı məni məhv edərmi?
Gözlərimlə şahid oldum, sevgilər can verəndə
Qanlı öskürəklə,
Baxıram üzünə ağlaya da bilmirəm
Daxmamın qarşısında kor dilənçi
Yoxdu verməyə heç nəyim, qapını bağlaya da bilmirəm
Yoruldum, atdım içimə daş, dərinliyimi bilməkçün
Əks sədası gəlmir hələ, sonum arada
Yüz illik yuxudan oyanmış körpə kimiyəm
Yaddaşım silindi, mən kiməm ki?
Mənim adım - Qaraqan..



(Nəqarət: PRoMete)
Gündəliklərdə vərəq qalmadı
Bitirdim, neçə qələmdə mürəkkəb
Atmadım, doğmadı, saxladım
Tək göründüm hər kəsə, təkəm sandılar
Yanımdaydın, heç darıxmadım
Amma yenə də dön
Yanımda cismin olsun
Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq
Bu qədər asandı
Dön, nəğmə yazacam sənin dönüşünə
Yorğun gözlərim baxır yolun sonunda ölümlə görüşümə
Gecikirəm...




(Verse: AiD)
Qoy bu nəğmə tənha qalsın
Günəşdən ilham alsın
Ağ vərəqdə qaralansın
Batsın dərin fikirlərdə
Ürəklərdə qoy bu nəğmə köməyə gələn yoldaş olsun
Kədərimdən xəbər verən
Gözdən axan yaşla dolsun
Sətirlərimə sevgi qonsun
Hər insan bir mələyə dönsün
Qara donlu gecələr, ümid gətirən səhərə dönsün
Qoy bu nəğmə gülüşün tək
Güllər açsın səhralarda
Xoşbəxtlikdi məqsədim
Axtarıram dumanlıqda
Xəyalların həddi aşır
Qoy bu nəğmə sərhəd olsun
Həyatımnan bəhs edən
Qoy bu nəğmə qiybət olsun
Sona çatır hər nağıl
Qoy bu nəğmə sonsuz olsun
Nəğmələrdə mövzu şərtdi
Qoy bu nəğmə onsuz olsun
Uzaqlarda buludların arxasında boylanan
Ulduzların simasında parıltılı həsrət var
Nəğməm üzdə gülüş olsun
Ulduzlarçün oxunulsun
Çox heyif ki, gülüşlərin kölgəsində kədər gəzir
Gəzintilər səbəbsizdi
Etiraflar ürəysizdi
Yalvarışlar ümidsizsə,
Qoy bu nəğmə ümid olsun
Kaş ancaq gecə yuxularında
Üzdə qorxu olsun
Gördüyümüz hər şirin yuxu
Birdən doğru olsun
Hər tərəfdən günəş çıxsın
Qoy bu nəğmə yalan olsun
İllər ötüb keçsə, də
Bu nəğməni duyan olsun
Hər bir kəsdən gizlənərək
Görüş sirrimiz olsun
Buludlarda rəqs edək
Qoy bu nəğmə bizim olsun

(Nəqarət:PRoMete)
Gündəliklərdə vərəq qalmadı
Bitirdim, neçə qələmdə mürəkkəb
Atmadım, doğmadı, saxladım
Tək göründüm hər kəsə, təkəm sandılar
Yanımdaydın, heç darıxmadım
Amma yenə də dön
Yanımda cismin olsun
Bəlkə inandım ki, nəğmələrdə deyilən eşq
Bu qədər asandı
Dön, nəğmə yazacam sənin dönüşünə
Yorğun gözlərim baxır yolun sonunda ölümlə görüşümə
Gecikirəm...


Tarix: 30.03.2015 / 10:42 Müəllif: Aziza Baxılıb: 349 Bölmə: Host