beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hədisi şəriflər (İslam Əxlaqı - salam vermək və fəziləti)

1. Abdullah bin Amru bin əl-Asi dedi:
“Bir gün bir nəfər peyğəmbər (sav)–dən ən xeyrli İslam haqqında soruşdu. Perğəmbərimiz (sav) cavabaında: “Fağırları yedizdirmək, tanıdığın və tanımadığın insanlara salam verməkdir" - dedi.”

2. Peyğəmbərimiz (sav) buyurmuşdur:
“İman etmədikcə cənnətə girməz və bir biriniz sevmədikcə də iman sahibi olmazsınız. Sizə elə bir əməl öyərdim ki, onu etdikdə bir biriniz sevəcəksiniz?
Aranızda salamı yayın (yəni bir birinizə salam verin)."

3. Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Ey insanlar! Aranızda salamı yayın, fağırları doyuzdurun və insanlar gecə yatdığı zaman namaza qalxın (yəni gecə namazı) və beləliklə sağ-salamat cənnətə girərsiniz.”

4. Əbi Şureyh bir gün - "El Allahın Rəsulu, mənim cənnətə daxil omağımı vacib edəcək əməl barəsində xəbər ver" - dedi. Peyğəmbər (sav): "Elə isə, insanlarla danışdığında gözəl danış, salamı yay və fağırları doyuzdur" - buyurdu.

5. Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Müsəlmanın müsəlman üzərində altı haqqı vardır .Qarşılaşdığında ona salam vermək, səni dəvət etdiyində dəvətinə icabət etmək, səndən nəsihət etməsini istədiyində ona nəsihət etmək, asqırdığında "əlhəmdulilləh" deyərsə ona "yarhamukAllah (Allah sənə rəhm etsin)" demək, xəstələndiyində onu ziyarət etmək və vəfat etdiyində onun dəfnində iştirak etməkdir.”

6. Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Aranızda salamı yayın ki, Allah dərgahında uca olasınız.”

7. Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Kim salam verdiyində, "əssələmu aleykum" - deyərsə, ona on savab yazılar, kim "əssələmu aleykum va rəhmətullahi" - deyərsə, ona iyirmi savab yazılar, kim "əssələmu aleykum və rəhmətullahi va barakatuhu" - deyərsə, ona otuz savab yazılar.”

8. Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Ən böyük oğru namazından oğurlayandır." Bir nəfər - "Ey Allahın rəsulu, insan necə namazından oğurluq edər ki?" - soruşdu. Peyğəmbərimiz (sav) cavabında - "Ruku və səcdəni kamil şəkildə yerinə yetirməyən namazından oğurluq etmişdir. İnsanların ən paxıl olanı isə salam verməkdə paxıllıq edəndir" - buyurdu.

9. Peyğəmbərimiz (sav) buyurmuşdur:
“Ən aciz insan Allaha dua etməkdə aciz olan və ən paxıl isə salam verməkdə paxıllıq edəndir.”

Mühəddis Məhəmməd Nəsruddin Albaninin (Səhih Tərğib və Tərhib) kitabından


Tarix: 26.04.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 591 Bölmə: Hedisler