beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam və ibadətlə əlaqəli seçilmiş hədislər

• İbn Ömər rəvayət edir ki, Peyğəmbərimiz (s.ə.s) belə buyurur: «İslam beş (dayaq) üzərində qurulmuşdur: «Allahdan başqa (ibadətə layiq olan) ilahın olmamasına və Məhəmmədin Onun qulu və elçisi olduğuna şəhadət gətirmək, namazı yerinə yetirmək, zəkat vermək, evi (Kəbəni) ziyarət etmək və Ramazan orucunu tutmaq» «Səhihul Buxari, 8» «Səhih Muslim, 16»

• Abdullah ibn Məsuddan (r.a) rəvayət olunur: “Hansı əməl daha fəzilətlidir?” deyə soruşdum. Rəsulullah (s.ə.s): “Vaxtında qılınan namaz” buyurdu. “Sonra hansıdır?” dedim. “Ana və ataya yaxşılıq etməkdir” buyurdu. Sonra hansıdır?” deyə soruşdum. “Allah yolunda cihad etməkdir” buyurdu. (Müslim Kitabul-İslam, 137)

• Ömər ibnu-l-Xattab (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) dedi: «Əməllər niyyətlərə görədir və hər bir kəsin etdiyi əməl niyyəti ilə ölçülür» «Bu?arinin Səhih əsəri, 1» «Səhih Muslim, 4904-cü hədis»

• Əbu Hureyrə (r.a.) rəvayət edir ki, mən Peyğəmbərin (s.ə.s) belə dediyini eşitdim: «Qiyamət günü üç sinif insan ilk mühakimə olunan insanlardan olacaqlar. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bə?ş etdiyi nemətlər haqqında ?əbər verib deəyəcək:"Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək:"Sənin yolunda vuruşub şəhid olmuşam". Allah da ona deyəyəcək ki; Yalan deyirsən, sənə "qəhrəmandır deyilsin deyə vuruşmusan və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib Cəhənnəmə atılacaq. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, ço?lu Quran o?umuş bir şə?s Allahın hüzuruna gətiriləcək və Allah ona bə?ş etdiyi nemətlər haqqında ?əbər verib deyəcək: "Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək: "Sənin ?atirinə elm öyərənib onu insanlara öyrətmişəm və Quran o?umuşam". Allah da ona deyəcək ki;"Yalan deyirsən, sənə "alimdir" deyilsin deyə elm öyrənmisən və sənə "qaridir" (gözəl Quran o?uyan) deyilsin deyə Quran o?umusan və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib Cəhənnəmə atılacaq. Sonra, Allah tərəfindən ço?lu var-dövlət verilmiş bir şə?s Onun hüzuruna gətiriləcək və"Allah ona bə?ş etdiyi nemətlər haqqında ?əbər verib deyəcək:"Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək: "Var-dövlətimi Sənin ?atirinə, Sənin istədiyin yerlərə sərf etmişəm". Allah da ona deəyəcək ki;"Yalan deyirsən, sənə "necə sə?avətli insandır" deyilsin deyə var-dövlətini sərf etmisən və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib Cəhənnəmə atılacaq» «Muslimin Səhih əsəri 4900-cu hədis»

• Peyğəmbər (s.ə.s) Müaz ibn Cəbəli (r.a) Yəmənə göndərdikdə ona belə demişdir: «Sən kitab əhlindən olan bir qövmün yanına gedirsən, elə isə onları (tövhidə) "Əşhədü ən lə iləhə illəllahu və əşhədü ənnə Mühəmmədən rəsulullah" kəlməsinə dəvət et. Buna itaət edərlərsə, o qövmə ?əbər ver ki, Allah onlara gün ərzində beş va?t namaz qılmaqlarını fərz (Hər bir müsəlmana vacib olan əməl) buyurmuşdur. Buna da itaət edərlərsə, o qövmə ?əbər ver ki, Allah onlara varlılarından götürülüb kasıblarına paylanan sədəqənin (zəkatın) verilməsini fərz buyurmuşdur. Buna da itaət edərlərsə, onların ən qiymətli mallarını götürməkdən çəkin! Habelə məzlumun duasından qor?! Həqiqətən, onun duası ilə Allahın arasında heç bir maneə yo?dur» «Buxarinin Səhih əsəri, 1395» «Muslimin Səhih əsəri, 121»

• Ənəs ibn Malikdən rəvayət edilir: Rəsulullah (s.ə.s) belə buyurdu: “Ölən kimsəni üç şey təqib edər. İkisi geri dönər, birisi onunla qalacaqdır. Onu əhli, malı və əməli təqib edər. Əhli və malı geri dönər, əməli isə onunla qalacaqdır” (Səhihi-Buxari, Kitrabur-Riqaq, c. VII, səh.193; Səhihi-Müslim, Kitabuz-Zühd, Hədis ?5)

• Ayişə (r.anha)dan rəvayət edilir: Rəsulullaha (s.ə.s) “Allaha ən sevimli əməl hansıdır?” deyə soruşulanda, Allah Rəsulu (s.ə.s): “Az da olsa davamlı olanıdır” buyurdu. (Səhihi-Buxari, Kitabur-Riqaq c. VII, səh.182; Səhihi-Müslim, Kitabu Salatil-Müsafirin, Hədis ? 216).

• Əbu Malik əl-Əşəri (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Təmizlik imanın yarısıdır. “Əlhəmdülillah” mizanı doldurar. “Sübhənallahi vəl-həmdü lillah” göylərlə yer arasını doldurarlar. Namaz bir nurdur. Sədəqə bir burhandır. Səbr bir işıqdır. Quran sənin lehinə və ya əleyhinə olan bir hüccətdir.” (Səhihi-Müslim, Kitabut-Taharə, Hədis ? 1)

• Abdullah ibn Ömər (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir : “Təharətsiz heç bir namaz, xəyanətlə əldə edilmiş maldan da sədəqə qəbul olunmaz” (Səhihi-Müslim, Kitabut-Təharə, Hədis ? 224


Tarix: 26.04.2013 / 20:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 514 Bölmə: Hedisler