beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oruca aid seçilmiş hədislər

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Bir kimsə, ramazanın fəzilətinə inanaraq və mükafatını (Allahdan) umaraq oruc tutarsa, o kimsənin keçmiş günahları əfv olunur. (Səhihi-Buxari, Kitabus-Savm, c. II, səh. 288; Sünəni-Tirmizi, Oruc Babları, Hədis No: 678; Sünəni-Nəsai, Kitabus-Siyam, c. IV, səh. 157).

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Kim ki yalan söyləməyi və yalanla əməl etməyi tərk etməzsə, o kəsin yeməsindən, içməsindən uzaqlaşıb ac durmasına Allahın ehtiyacı yoxdur. “

• Əbu Hüreyrə (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Oruc bir qalxandır. Oruclu, pis söz söyləməsin. Oruclu, özünə sataşmaq və özüylə dalaşmaq istəyənə iki dəfə “Mən orucluyam” desin. Nəfsim qüdrət əlində olan Allaha and içirəm ki, oruclunun ağız qoxusu, Allah Təala yanında müşk iyindən daha təmizdir. (Allah buyurmuşdur ki:) Oruclu kəs mənim rizam üçün yeməsindən, içməsindən, cinsi arzusundan uzaq olmuşdur. Oruc sadəcə mənim üçün (edilən bir ibadət)dir. Onun əcrini də mən verəcəyəm. Halbuki, başqa ibadətlərin hamısı on misliylə ödənməkdədir.” (Səhihi-Buxari, Kitabus-Savm, c.II, səh 226; Səhihi-Müslim, Kitabus-Siyam, Hədis No 1151; Sünəni Əbi Davud, Kitabus-Savm, Hədis No: 2363)

• Əli ibn Əbi Talib (r.a) Rəsulullahın (s.ə.s) belə buyurduğunu rəvayət edir: “Allah təala belə buyurdu: Oruc mənim (rizam) üçün (edilən bir ibadət)dir. Onun qarşılığını da mən verərəm. Oruclu üçün iki sevinc vardır: Bir iftar etdiyi vaxt, digəri də Rəbbinə qovuşduğu vaxt.” (Səhihi-Buxari, Kitabus-Savm, c.II, Səhihi-Müslim, Kitabus-Siyam, Hədis No: 1151; Sünəni-Nəsai, Kitabus-Siyam, c. IV, səh.159-160)

• Əbu Umamədən (r.a) rəvayət edilir: Mən Rəsulullaha (s.ə.s): “Mənə bir şey əmr et ki: Allah məni onunla faydalandırsın.” dedim. Buyurdu ki: “Sənə orucu tövsiyə edirəm. Ona davam et. Çünki, o, bənzəri olmayan bir ibadətdir.” (Sünəni-Nəsai, Kitabus-Siyam, c.IV, səh.165)


Tarix: 26.04.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 498 Bölmə: Hedisler