beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Allahdan Qorxmağın Fəziləti)

Huzeyfə (r.a) demişdir: «Mən Allah Elçisinin (s.a.v) belə dediyini eşitdim: «Bir adamın ölüm vaxtı gəlib çatmışdı. Adamın artıq yaşamaqdan ümidi kəsildikdə ailəsinə (belə bir) vəsiyyət etdi: «Mən öldükdən sonra çoxlu odun yığıb od qalayarsınız, (sonra da məni bu odda yandırarsınız). Elə ki od mənim ətimi yandırıb sümüyümə çatdı və sümüyümü yandırıb-yaxdı, onları götürün və ovxalayıb toza döndərin, sonra küləkli bir günü gözləyin və həmin tozu dənizə sovurun». Onlar onun vəsiyyətini yerinə yetirdilər. Lakin Allah onu əvvəlki görkəminə qaytardı və ondan: «Nə üçün belə etdin?» - deyə soruşdu. O: «Səndən qorxduğum üçün!» - deyə cavab verdi. Allah da onu bağışladı».
(əl-Buxari 60. Kitəbul-Ənbiya 54 (3194, 3452, 3479, 3481, 6481); Muslim 25/ 2756, 2757.)

Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: «Uzaq keçmişdə bir adama Allah çoxlu mal-dövlət və övlad vermişdi. Onun ölüm vaxtı gəlib çatanda övladlarını başına yığıb dedi: «Sizə necə ata olmuşam?» Onlar: «Ən yaxşı ata olmusan» - dedilər. O dedi: «Allaha and olsun ki, mən özüm üçün Allah dərgahında heç bir xeyir hazırlamadım. Əgər Rəbbim məni diriltsə mənə əzab verəcək. Mən öldükdən sonra məni yandırın və ovxalayıb toza döndərin, sonra onu güclü küləkdə (havaya) sovurun». (Qiyamət günü) Allah: «Ol!» - deyə buyurur: «O da dərhal ayağa qalxır». Allah: «Bunu etməyə səni nə vadar etdi?» - deyə soruşur. O: «Səndən qorxduğum üçün!» - deyə cavab verir. Allah Elçisi (s.a.v) dedi: «Nəfsim əlində olan Allaha and olsun! O, Allahla görüşdükdə, sözsüz ki, onu bağışlayacaqdı».

(İbn Hibban 649. Şueyb əl-Arnavut hədisin isnadını əl-Buxari və Muslimin şərtlərinə görə səhih saymışdır.)


Tarix: 24.04.2013 / 20:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 102 Bölmə: Hedisler