Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (Quranla yüksələnlər)

Amir ibn Vasilə belə rəvayət edir: “Nafi ibn Əbd əl-Həris Ömərlə (r.a) Asfan adlanan yerdə görüşdü. Ömər (r.a) onu Məkkəyə başçı təyin etmişdi və ona belə buyurdu: “Vadi əhlinə başçı kimi təyin etdin?” O: “İbn Əbzəni.” Ömər: “İbn Əbzə kimdir?” deyə ondan soruşdu. O: “Azad olunanlardan biri!” deyə cavab verdi. Ömər belə dedi: “Onlara azad olunanı başçı qoydun?” O, belə dedi: “O, Allahın Kitabını oxuyur və o miras elmini bilir!” Ömər belə buyurdu: “Peyğəmbəriniz (s.a.v) belə demişdir: “Həqiqətən Allah bu Kitabla (bəzi) tayfaları yüksəldir və başqalarını isə alçaldır.”


Tarix: 23.04.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 97 Bölmə: Hedisler
loading...