beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Müslim (“Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da)

“Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər”ayəsi.

Əbu Hüreyrənin (r.a)rəvayət etdiyinə görə Peyğəmbərə (s.a.v) “Göylərdə və yerdə nə varsa, (hamısı) Allaha məxsusdur. Siz ürəyinizdə olanı zahirə çıxarsanız da, çıxarmasanız da, Allah ona müvafiq sizinlə haqq-hesab çəkər. (Allah) istədiyini bağışlar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir” (“əl-Bəqərə” / 284) ayəsi enəndə, bu səhabələrə çətin gəldi və onlar Peyğəmbərin (s.a.v) yanına gəlib, diz üstə oturub dedilər:“Ey Allahın Elçisi ! Biz bacardığımız, namaz, oruc, cihad, sədəqə kimi gücümüzün çatdığı əməllərı yerinə yetirməyə mükəlləf olduq. Lakin sənə nazil olan bu ayəyə bizim əməl etməyə gücümüz çatmır.” Peyğəmbər (s.a.v) onlara dedı:“Siz də, sizdən əvvəlki Kitab əhli kimi eşitdik və qarşı çıxdıq (əməl etmədik) deməkmi istəyirsiniz? Əksinə deyin ki; “(Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” Onlar da (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!”
dedilər.” Bunları oxuyunca dilləri buna alışdı. Allah-Təala da onun ardınca bu ayələri nazil etdi: “Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə (Qurana) inanmış və möminlər də iman gətirmişlər. (Onların) hamısı Allaha, Onun mələklərinə, Kitablarına və (bütün) Peyğəmbərlərinə iman gətirərək dedilər: “Biz Onun Peyğəmbərləri arasında fərq qoymuruq. (Allahın hökmlərini) eşitdik (anladıq) və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, (axırda) Sənin dərgahına (hüzuruna) qayıdacağıq!” (“əl-Bəqərə” / 285) Onlar bunu etdikcə Uca Allah o ayəni nəsx (ləğv) etdi və bu ayələri endirdi: “Allah hər kəsi yalnız qüvvəsi yetdiyi
qədər yükləyər (bir işə mükəlləf edər). Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. (Möminlər deyirlər:) “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Uca Allah: “Bəli (istəyinizi yerinə yetirdim)” buyurdu. Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Uca Allah: “Bəli (istəyinizi yerinə yetirdim)” buyurdu. Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Uca Allah: “Bəli (istəyinizi yerinə yetirdim)” buyurdu. Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən (mövlamızsan). Kafirlərə qələbə çalmaqda bizə kömək et!” (“əl-Bəqərə” / 286) Uca Allah: “Bəli (istəyinizi yerinə yetirdim)” buyurdu.”


Tarix: 23.04.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 129 Bölmə: Hedisler