beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Səhih Qüdsi hədislər (Cənnətdə Əkinçiliklə məşğul olmaq istəyən barədə)

Əbu Hureyra (r.a) rəvayət edir ki, bir dəfə bədəvilərdən birisi Peyğəmbərin (s.a.v) yanında ikən Peyğəmbər (s.a.v) belə bir hədis danışdı ki: «Cənnət əhlindən biri Rəbbindən orada əkinçiliklə məşğul olmaq üçün izn istəyəcək». (Rəbbi ona) buyuracaq: «Məgər istədiklərinə nail olmamısan?» Adam deyəcək: «Elədir, lakin mən əkin əkməyi sevirəm». (Onda ona izn veriləcək və o) torpağa toxum səpəcək. Toxumlar bir göz qırpımında cücərib yetişəcək və bol məhsul verəcək; (o məhsul) dağ boyda olacaq». Onda Allah ona buyuracaq: «Götür onları, ey Adəm oğlu! Həqiqətən, heç bir şey sənin gözünü doydura bilməz» (Peyğəmbərin (s.a.v) yanındakı) bədəvi dedi: «Vallahi, bu adam olsa-olsa ya qureyşdən, ya da ənsardan bir kimsə olacaq. Əkinçiliklə məşğul olan onlardır, biz yox». Peyğəmbər (s.a.v) onun bu sözünə gülümsədi».


Tarix: 23.04.2013 / 19:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Hedisler