beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Haqsız yerə insan öldürmənin günahı)

Abdullah ibn Məsud (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.v) demişdir: «Qiyamət günü bir kişi başqa bir kişinin əlindən tutaraq Allahın hüzuruna gəlib deyəcəkdir: «Ey Rəbbim! Məni bu öldürdü». Allah soruşacaq: «Onu niyə öldürdün?» O da: «İzzət bütünlüklə Sənə məxsus olsun deyə, onu öldürdüm» - deyəcək. Allah buyuracaq: «İzzət bütünlüklə Mənə məxsusdur!» Həmçinin bir kişi başqa bir kişinin əlindən tutaraq gəlib deyəcək: «Məni bu öldürdü». Allah soruşacaq: «Onu niyə öldürdün?» O cavab verəcək: «Filankəs izzət sahibi olsun deyə, öldürdüm». Allah: «İzzət filankəsin deyildir» - buyuracaq, o da günahını etiraf edəcək».

(ən-Nəsai 3932, 3997, 4014. əl-Albani «Silsilətul-Əhədisis-Sahiha»da (? 2698) və «Sahihul-Cəmiis-Sağir»də (? 8029) səhih adlandırır. )


Tarix: 23.04.2013 / 19:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 82 Bölmə: Hedisler