beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Körpənin çəkisinə yox, boyuna fikir verin

"Kök körpə yaxşıdır, sağlamdır!"

Cəmiyyətdə az qala hamı bu fikirdə olsa da, mütəxəssislər uşağın sağlam olduğunun göstəricisinin çəki deyil, boy olduğunu düşünür. Pediatrlar bildirir ki, körpələrin kök olmasına baxmayaraq, boy uzanma inkişafı aşağı olan uşaqda müxtəlif xəstəliklərin baş verə bilər.

Qeyd edək ki, anadangəlmə ürək, ağciyər, böyrək xəstəliyi olan uşaqlarda boy uzanması çox yavaş inkişaf edir. Xüsusilə də ilk 2 yaşlarındakı uşaqların böyümə cədvəlinə görə boyları qısadırsa bu cür xəstəliklərin olacağı ehtimalı böyükdür. Ən gec 4 yaşından etibarən böyümə sürəti düzgün olmalıdır. Yeni doğulan körpənin boyunun təxminən 50 sm olduğunu ifadə edən mütəxəssislər bildiri ki, körpələrin ilk 3 ayda 8, ikinci 3 ayda 8 sm, üç və dördüncü 3 ayda isə 4 sm uzanmalıdır.

Mütəxəssislərin fikrincə, uşaqda hər hansı bir dövrdə böyümə sürətinin təyin olunmasında ideal plan uşağı minimum 6 ay izləməkdir. Qısa boylu uşaqlarda əgər uşağın xüsusi məhdudlaşdırıcı bir vəziyyəti yoxdursa, onda uşağa kalsium, dəmir və zəngin qidalar verilməlidir. Ən ideal qida qaynağı isə süd və süd məhsullarıdır. Həftədə bir neçə gün qırmızı və ağ ət, balıq yeyilməlidir.

Çərəzlərdən (qoz, fındıq, badam), ərik, qara quru və təzə üzüm mütləq uşağa yedirilməlidir. Tünd yaşıl yarpaqlı tərəvəzlər və parlaq rəngli meyvələrdən istifadə etmək uşağın sağlamlığı üçün çox faydalıdır.


Tarix: 22.11.2014 / 16:24 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Hamiləlik