beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qatil Ana!

Yeni Zelandiyanın Aukland Universitetinin professoru Dr. Lesley McCowan qadınların hamiləlik dövründə siqaret çəkmələrinin doğulacaq uşağın həyatı üçün riskli olduğunu bildirmişdir.
Həmçinin Dr. L. McCowan bildirmişdir ki, ana olmağa hazırlaşan qadın ən gec hamiləliyinin 15-ci həftəsi siqaretdən tamam uzaqlaşmalıdır, əks halda hamiləlik erkən doğulma, düşük hətta uşağın olü doğulmasına səbəb ola bilər.
Tədqiqat 2504 hamilə qadın üzərində aparılmışdır və məlum olmuşdur ki, siqaret çəkməyən qadınlarla siqareti hamiləlik dövründə dayandıran qadınlarının hamiləliyi arasında heç bir fərq yoxdur. Hamiləliyi dövründə də siqaret çəkməyə davam edən qadınlarda isə hamiləlik demək olar ki, əksər hallarda faciə ilə nəticələnir. Həmçinin müəyyən olunmuşdur ki, siqareti dayandıran qadınlarda digərlərinə nisbətən stress az olur.


Tarix: 11.06.2013 / 18:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 432 Bölmə: Hamiləlik