beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qaçmaq lazımdır ki…

Əziz kişilər, təmiz havada qaçmağın insan orqanizmi üçün faydalı olduğu, yəqin ki, çoxumuza məlumdur. Bəs bu fayda nədən ibarətdir? Bu barədə ətraflı məlumatınız var? Əgər siz də qaçmağın yalnız arıqlamaq və ya ayaq, qarın əzələlərini möhkəmlədirmək üçün faydalı olduğunu düşünürsünüzsə, yanılırsınız. Məqaləni oxuyun və gündə ən çox yarım saat vaxtınızı alacaq bu sadə idman növünün faydaları haqqında daha geniş məlumata yiyələnin.
İngiltərədə aparılan araşıdırmalar nəticəsində məlum olub ki, nizamlı qaçış bədəni qüvvətləndirməklə yanaşı, həm də yaddaşı gücləndirir. Cambridge Universitetinin professorları müəyyən təcrübələrdən sonra belə qənaətə gəliblər ki, qaçış insan yaddaşının güclənməsinə kömək edən hüceyrələrin çoxalmasına təsir göstərir. Eyni zamanda onlar bildiriblər ki, aerobik məşqlər nəticəsində qan təzyiqi və hormonlar səviyyəsinin yüksəlməsi bədəndə nevrogenesis olaraq tanınan boz maddənin inkişafını da sürətləndirir.
Bu nəticəyə gəlmək üçün ingilis alimləri bütün gün qaçan və yerindən belə tərpənməyən iki sıçan üzərində təcrübə aparıblar. Sıçanları cihazlar vasitəsilə kompyuterə qoşan alimlər bu zaman hərəkət etməyən, qaçmayan sıçanın yaddaş hüceyrələrinin öldüyünü müşahidə etdikləri halda, bir neçə gün ərzində müntəzəm olaraq hərəkət edən sıçanın beynində hər gün yeni yaddaş hüceyrələrinin yaranmasını müəyyən ediblər. Təcrübə əsnasında gündə orta hesabla 24 kilometr qaçan siçanların beynində 6 minə qədər yeni hüceyrə meydana gəldiyi məlum olub.

Buna görə də, əziz kişilər, digər idman növlərinin nisbətən çətin olduğunu, hər gün idman salonunda məşq edəcək qədər zamanınızın olmadığını düşünürsünüzsə, gün ərzində yarım saat qaçmağın bu qədər faydalı olduğunu bldikdən sonra, yəqin ki, heç biriniz bu məsələdə tənbəllik etməyəcəksiniz.


Tarix: 07.01.2015 / 11:22 Müəllif: Aziza Baxılıb: 98 Bölmə: Həkim baba