beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hamiləlik haqqında (qadınlar üçün)

1 Hamilə qalmağın az və çox ehtimalı

Texniki cəhətdən hamiləlik üçün əlverişli vaxt 12 saatdan 24 saata kimi hesab olunur. Bu zaman ovulyasiya baş verir və toxumalar yetişir. Aybaşı dövriyyəsi müxtəlifdirsə, onda ovulyasiya baş verən vaxtı təyin et, menstruasiya başlamazdan qabaq və sonra üzərinə 2 gün (təxminən, 5 gün götürülür) əlavə et və çıx. Bu, hamilə qalmağın riskli dövrü hesab olunur. Ümumiyyətlə, ovulyasiya aybaşıya 14 gün qalmış başlayır. Dəqiq günü təyin etmək üçün aybaşının neçə gün davam etdiyini bilmək lazımdır. Məsələn, aybaşın 32 gündən sonra başlayırsa, onda 14 çıxıb, 18-ə bərabər etmək lazımdır. Dövriyyənin birinci günü başlanğıc gün kimi hesablanır. Lakin nəzərdə tutulan 5 gün hamiləlik üçün riskli vaxt hesab olunur. Həmin dövrdən 3 gün qabaq da hamilə qalmaq olar. Ən təhlükəsiz dövr aybaşıdan 10 gün əvvəl və aybaşı vaxtı hesab olunur. Odur ki, yaxın gələcək üçün planlarının təqvimini indidən qurmağa başla.

2 Ovulyasiya necə baş verir

Ovulyasiya başlamazdan 2-4 gün əvvəl uşaqlıqdan selik ifraz olunmağa başlayır. Bu da spermanın yumurtalıqlara asanlıqla daxil olmasına imkan yaradır. Ipucu: yumurtalıqda zəif ağrılar hiss olunur, bu o deməkdir ki, hüceyrələr parçalanmaya hazırdır. Bir çox qadınların həmin dövrdə seksual istəkləri artır. Belə olan təqdirdə qoruyucu vasitələrdən istifadə etmək vacibdir.

3 Aybaşı olmur? Sən hamilə qala bilərsən

Çəkin normadan aşağıdır və aybaşın müntəzəm baş vermir. Buna baxmayaraq, sekslə məşğul olan zaman qoruyuculardan istifadə etməlisən. «Səndə hər an ovulyasiya baş verə bilər», — deyə ginekoloq Xatirə Dadaşova xəbərdarlıq edir. Lakin aybaşının nə vaxt baş verəcəyini dəqiq bilmək olmur. «Çünki orqanizmdə lap kiçik dəyişiklik, məsələn, arıqsansa, çəkinin bir qədər artması ovulyasiyaya səbəb ola bilər».

4 Həbləri unut

Ən riskli hamiləliyə qarşı həbləri birmüddətlik unuda bilərsən. Bu həblər, əsasən, hormonal pozğunluğa səbəb olur. Məsələn, orqanizmdə kəskin piylənmə, üzdə və bədənin müxtəlif yerlərində tüklənmə baş verə bilər. Hamiləliyə qarşı həblərə müraciət etməzdən öncə ginekoloqla məsləhətləş. Yoxsa, bir müddətdən sonra özünü tanıya bilməyəcəksən.

5 Anlaşılmazlıq baş verdikdə...

Cəld hərəkət et. Apteklərdən və ya ailə-planlaşdırma mərkəzlərindən hamiləliyi dayandırmaq üçün həblərdən al və qəbul et. Bu həbləri nə qədər tez qəbul etsən, təsiri də bir o qədər tez olar. Fəsadları elə də qorxunc deyil. Sadəcə olaraq, başgicəllənmə, sinədə və qarın nahiyəsində zəif ağrılar olur. Əlamətlər cəmi 24 saat davam edir və istirahət günü götürməyə də gərək olmur. Xülasə, belə hallar hamiləliyin əlverişli gününü təyin etmək və səhvlərin nə dərəcədə riskli olduğunu başa düşməyə kömək edəcək. Bütün hallarda sevgilinlə sekslə məşğul olan zaman hamilə qalıb-qalmayacağını düşənərək, təlaşlanmaqdansa, əvvəlcədən tədbir gör. Amma yenə də ən yaxşı vasitə hamiləliyə qarşı qoruyuculardan istifadə etməkdir. Şükür Allaha, indi istənilən aptekdə, istənilən ölkənin yüksək keyfiyyətli dərmanlarını və qoruyucu preparatlarını almaq mümkündür.

5 fakt: hamilə qalmaq üçün
1 Sekslə nə dərəcədə müntəzəm məşğul olursan

Bəzi cütlər elə fikirləşir ki, sekslə müntəzəm məşğul olmaqla qadın daha tez hamilə qalır. Lakin çox vaxt onların səyləri boşa çıxır. Nə üçün? «Kişi ilə qadın arasındakı yaxınlıq üç gündən bir baş verirsə, kişi spermasının həcmi artır», -deyə həkim Seyran Quliyev bildirir. «Sekslə nə dərəcədə tez-tez məşğul olmaq şəxsi seçimdir, lakin bu zaman kişi spermasının həcmi azalır. Məsləhətim odur ki, cütlər rahat, qeyri-iradi seksə üstünlük versinlər. Yaxşı nailiyyətlər əldə etmək üçün həftədə 2-3 dəfə sekslə məşğul olsunlar».

2 Nə vaxta kimi uzana bilər...

35 yaşa çatmış, sağlam olan qadının uşağa qalmaq şansı 10-15%-dir. Birillik səylərdən sonra qadınların 88%-i, iki ildən sonra isə 95%-i hamilə qalır. 30 yaşlı çütlərdə qadınlar 6 ay ərzində, 35 yaşlı cütlərdə isə 9 ay ərzində hamilə qalırlar.

3 Sağlam orqanizm zərurəti

Yüksək dərəcədə spirtli içki və ya kofein qəbulu maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu da ovulyasiyanın qarşısını alır. Kofein qəbuluna dair aparıcı prinsiplər yoxdur. Yaxşı olar, ondan imtina edəsən — kofein qan təzyiqini artırır, bu da hamilə qalmaq üçün müəyyən çətinliklər yaradır. Siqaretdən canını qurtar, çünki siqaretdəki kimyəvi məmulatlar hüceyrənin inkişafına təsir edən ekstrogen maddəsinin ifrazına mane olur. Siqaret çəkən qadınların 50%-i uşaqsalma ilə üzləşir.Çəkiyə gəlincə, sən nə çox arıq, nə də ki çox kök olmalısan. Çünki hər iki hal hormonların səviyyəsinə və aybaşı dövriyyəsinə təsir göstərir. Çəkinə görə narahatsansa, onda həkiminə müraciət etməyi unutma.Hamilə qalmaq istədiyin yaş barəsində də diqqətlə fikirləşmək lazımdır. 35 yaşdan sonra hamilə qalmaq ehtimalı zəifləyir. 40 yaşında hüceyrələrin keyfiyyəti 50% aşağı düşür.

4 Aybaşı dövriyyəsinin davamiyyəti nə deməkdir...

Aydan-aya aybaşı dövriyyəsinin uzun və ya qısa olması təbii haldır. Hamilə qalmağında problem yaranırsa və yaşın 20-30 arasındadırsa, onda dövriyyə vaxtına fikir verməlisən ki, o getdikcə qısalmasın. Bu, menopauzanın erkən baş verməsinin əlamətidir.Normal aybaşı dövriyyəsi 21-35 gün arası hesab olunur. Nəzarət et ki, sənin dövriyyən 21 gündən aşağı, 35 gündən yuxarı olmasın. Dövriyyən normal deyilsə, qanaxmanın həcmi və rəngi müxtəlifdirsə, onda həkimə müraciət etməyə tələs. Sən onunla fibrom şişləri (uşaqlıq ətrafında yaranan şişlər), çoxkistalı yumurtalıq sindromu (yumurtalıqlar ətrafında olur, aybaşının qeyri-müntəzəmliyinə səbəb ola bilər), vaxtından qabaq menapauza (40 yaşında olan qadınlarda aybaşının kəsilməsi), qalxanvari vəzdəki pozğunluq (bədənin funksiyasını ya zəiflədir, ya da sürətləndir) kimi problemləri müzakirə edə bilərsən. Yaxşısı, əvvəlcədən hamiləlik simptomları yaranan kimi onun qarşısını alasan.

5 Xüsusi «sehrli» pozalar yoxdur

Qadınların fikrincə, hamilə qalmaq üçün seksdən sonra yastıq üzərində uzanıb, ayaqları 20 dəqiqə müddətinə havada saxlamaq lazımdır. Bunu unut! Boş söhbətlərdir! Sperma ifraz olunduqdan sonra 90 saniyə ərzində uşaqlığa doğru hərəkət edir. Heç bir «Kamasutra» və ya digər akrobatik hərəkətlərə bənzəyən pozalar sənin hamilə qalmaq ehtimalını azalda bilməz. Əgər bu, doğrudan da belə olsaydı, dünyada hamı seksdən sonra fitnes-yoqa ilə məşğul olardı.


Tarix: 22.11.2014 / 16:20 Müəllif: Aziza Baxılıb: 237 Bölmə: Ginekoloq Meslehetleri