beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölümcül dost (film, 1986)

Ölümcül dost (ing. Deadly Friend) — 1986-cı ildə istehsal olunmuş ABŞ filmidir. Dayana Henstellin "Dost" romanının əsasında çəkilmiş Elmi fantastika filmidir. Film "Frankeşteyn" filmlərinin yenisinə bənzəyir. Bu film Ues Kreyvenin "Qarağac küçəsində qarabasma" filmindən sonra çəkdiyi ən yaxşı filmidir. Filmdə robotun səsini "Qarağac küçəsində qarabasma" filmində Həkim Kinq rolunu canlandıran Çarlz Fleyşer səsləndirir.[2]

Filmdə Pol adlı tələbənin öz məhəbbəti naminə ölü insanı diriltməyindən danışılır. Lakin bunun axırı onun üçün yaxşı bitmir. Pol sevdiyi qızın bədənini hansısa bir magiya əsasında diriltmir. Pol onu elmi əsaslarla diriltməyi bacarır. Filmdə göstərilir ki, ruh insanı insan yox, sadəcə olaraq bir mələk edir. BB adlı robot adi metaldan olsa da, həmişə pis insanları Pola zərər yetirməsinə imkan vermir. Bu xüsusiyyət özünü bədəni dirilmiş Samantada da göstərir.

Filmin sonundakı ssenari nisbətən qısa göstərilmişdir. Filmdə iştirak edən aktyorlar məşhur deyildirlər. Onlardan iştirak edən Kristi Svenson (Samanta rolunu canlandırır), əsasən, kiçik büdcəli filmlərdə (B filmləri), Metyu Labortö (Polun obrazını canlandırır) teleseriallarda iştirak etmişdlər. Elvira Parker rolunu canlandıran Kristi Svenson Denni DeVitonun iştirak etdiyi komediya filmində çəkilmişdir. Filmin rejissoru Ues Kreyven, bəstəkarı isə Çarlz Börnşteyndir. Filmə qoyulan büdcə çox (11 milyon), gəliri isə nisbətən az olmuşdur (8 milyon). Buna baxmayaraq film bir sıra mükafatlara layiq görülmüşdür.Mündəricat
1 Seçilmiş sitatlar
2 Məzmun
3 Filmin heyəti
3.1 Rollarda
3.2 Filmin üzərində işləyənlər
4 Alternativ versiyalar
5 Filmin remeyki
6 Maraqlı faktlar
7 Mükafatlar
8 Saundtrek
9 Ölkələrdə çıxış tarixi
10 Digər dillərdə
11 İzlə
12 Ədəbiyyat
13 İstinadlar
14 Xarici keçidlər


Seçilmiş sitatlar

Filmin seçilmiş sitatları[3] aşağıdakılardır:
She can't live without you (azərb. O səniz yaşaya bilmir)
Some people are just better off dead (azərb. Bəzi insanlara yalnız ölmək yaxşıdır)
There's no one alive who'll play with the girl next door (azərb. Kim Qonşuluqdakı qızla oynayır, orada sağ qalan yoxdur)
Grab A Friend before someone in the audience grabs you! (azərb. Auditoriyada sizi tutan zaman dostunuzu əvvəlcədən götürün)
Not all nightmares happen on Elm Street. (azərb. Qarabasmaların hamısı heç də Qarağac küçəsində baş vermir)

Məzmun

Xəbərdarlıq: Yazının davamı, məqalənin məzmunu haqqında ətraflı məlumat ehtiva etməkdədir.

Filmin əvvəlində küçə oğrusu maşına girmək istəyir. Lakin onu robot əli boğmağa başlayır. Oğru geri qaçır və yandan maşına pərişan halda baxır. Bu zaman Pol və anası maşına daxil olur. 15 yaşlı Pol Konvey (Metyu Labortö) Universitetin ən yaxşı tələbəsidir. Polun BB (Bi-Bi) adında robotu vardır. Bu robot Polun ən yaxın dostu olur. Bir müddət keçdikdən sonra Pol Samanta (Kristi Svenson) adlı qıza aşiq olur. Pol, Samanta və Slaym günlərinin çoxunu əyləncələrlə keçirirlər. Onlar Samantanı qısa adla "Sem" adıyla çağırırlar. Dostlar Elvira Parker (Enn Remsi) adında qocaya nifrət edirlər. Ona görə ki, qoca arvad cavan dostları həmişə təhqir edir. Məhz onların oyun topu qocanın həyətinə düşəndə, qoca topu öz evinə qoyur. Bir gün Hellouin bayramı gecəsində dostlar toplarını geri qaytarmaq niyyətinə düşürlər. Lakin qoca yuxudan oyanır və əlinə silahını götürür. Bu zaman Polun robotu söndürməsinə baxmayaraq BiBi sıradan çıxaraq qəflətən qocanın üzərinə hücum edir. Elvira ona bir neçə dəfə atəş açaraq, onu məhv edir. Bu hadisədən dostlar çox pərişan olurlar.

Samanta dirilən zaman

Bir gün Polun sevdiyi qız Samanta evə qayıdan zaman əvvəldə olduğu kimi atasının hücumuna məruz qalır. Lakin bu dəfə Samanta birdəfəlik atası tərəfindən öldürülür. Bundan xəbər tutan Pol dərhal xəstəxanaya gəlir. Xəstəxanada olan zaman eşidir ki, Samantanı xilas etmək mümkün deyildir. Ona görə ki, onun beynini bir neçə saat keçdikdən sonra kompyuterdən ayıracaqlar. Bunu eşidən Pol Slaymın yanına gələrək, onun maşınını istəyir. Slaym əvvəlcə razı olmasa da, sonra onunla razılaşır. Pol gizlincə olaraq xəstəxanaya daxil olur. Pol Samantanın bədənini Slaymın maşınında qaçırır. Gecə vaxtı Pol onun üzərində əvvəldə olduğu kimi eyni eksperimenti aparır. Onun beyninin üzəerinə çip qoyur. Bu zaman Smanatanın ayağı tərpənir. Bundan Slaym heyrətlənərək huşunu itirir. Lakin sonra Slyam onu ayıldır. Artıq Samanta dirilmişdir. Pol onu BiBi-ni idarə etdiyi pultla Samantanı da idarə etməyə başlayır.

Lakin robotun çatışmazlığı var idi. Bu çatışmamazlıq cəhəti özünü qızda da görsədirdi. Samantanın yavaş-yavaş huşu yerin qayıdır. Onun atası tərəfindən necə döyüldüyünü yadına düşür. Həm də onun BiBi robotunu məhv etdiyi qoca arvad yadına düşür. Ona görə ki, Samanta yarı Samanata və yarı BiBi robotudur.

Samanta atasının yaşadığı evə gəlir. Bundan qorxan atası qaçmağa başlayır. Lakin Samanta onu boğaraq içində alov olan yerə atır. Pol səhər tezdən Samantanın qaçdığını başa düşür. Onun dalınca bir neçə saat qaçdıqdan sonra bir evdən qara tüstü çıxdığını görür. Pol evə daxil olan zaman Samantanın atasını alov içində meyitini görür. Pol onu kömür olan yerə qoyur və Samantanı yenidən evinə aparır. Pol gecə vaxtı yuxusunda çarpayının içindən Samantanın atasının necə çıxdığını görür. Pol atasının yanmış kəlləsini görərək, qışqırmağa başalayır. Ayılan zaman Pol bunun bir yuxu oldğunu başa düşür.

Lakin bununla iş bitmir. Samanta qoca arvadı öldürmək niyyətindədir. Samanta qocanın evinə daxil olur. Bundan şübhələnən qoca polislərə zəng edir. Lakin polislər bunun yalan olduğunu fikirləşirlər. Bu zaman Samanta qocanın üzərinə hücum edir. Qocanın ona müqavimət göstərməsinə baxmayaraq, Samanta onun kəlləsini həmin Basketbol topu ilə partladır. Bunu görən polislər vahiməyə gəlirlər. Pol isə bunun Samantanın etdiyini başa düşür.

Artıq Slaym bütün bunlara dözə bilmir. Polislərə zəng etmək niyyətindədir. Pol onunla mübahisə etməyə başlayır. Bu mübahisədə Slyam burnundan zədə alır. Samanta isə qaçmağa başlayır. Pol onun ardınca gedir. Pol yolda əvvəldə onu ələ salmağa çalışan, lakin buna icazə verməyən BiBi robotunun qorxutduğu adamla rastlaşır. Həmin adam Polu döyməyə başlayır. Lakin buna Samanta icazə vermir. Bu zaman polislər də Samantanın izinə düşmüşdür. Samanta Polu döymək istəyən adamı polis maşınına çırpır. Samanta evinə qaçmağa başlyır. Pol isə onu yenidən izləməyə başlayır. Pol ona yetişən zaman polislər də onlara çatırlar.

Bu müddətdə Samanta insan kimi düşünməyə başlayır. Samanta Polun polislər tərəfindən saxladıldığını və polislərin ona silah tutmalarını görür. Samanta onların üzərinə hücum edir. Pol ona yetişə bilmir. Bu zaman Samanta polislərin başçısı tərəfindən bir güllə ilə yerə yıxılır. Samanta ölür. Bunu görən Pol ona qarşı səmimi münasibətini göstərir.

Filmin sonunda həkimlər tərəfindən Samantanın ölü bədəni buz olan yerə qoyulur. Bu zaman Pol yenidən gizlincə peyda olur. Pol onun bədənini ikinci dəfə qaçırmağa qərara alır. Lakin artıq Samantanın beyni ölüdür. Onun bədənini robot idarə edir. Robot Samantanın bədənindən çıxaraq Polu boğur və onu öldürür.

Filmin heyəti

RollardaAdRolOrijinal adQeydlər
Metyu LabortöPol Konveying. Paul ConwayƏsərin baş qəhrəmanı
Kristi SvensonSamanta Prinqing. Samantha PringlePolun sevdiyi qız
Enn RemsiElvira Parkering. Elvira ParkerTələbələri cana gətirən qoca arvad
Maykl ŞarettTom "Slaym" Tumi (Polun dostu)ing. Tom 'Slime' ToomeyPolun ən yaxın dostu
Çarlz FleyşerBB robotun səsiing. BBBB robotunun səsini çıxardır
Enn TvumeyCini Konveying. Jeannie ConwayPolun anası
Riçard MarkusHarri Prinqling. Harry PringleSamantanın atası
Rus MarinHəkim Coansoning. Dr. JohansonHəkim
Cim İşidaHəkiming. Dr.Filmin sonundakı Yapon həkim
Li PolSerjant Volçeking. Lee PaulFilmin sonunda Samantanı atəşlə vuran polis
Nensi E. BarrRoboting. BBFilmin sonunda Samantanın üzü əriyəndə (həmin üzlü adam)


Filmin üzərində işləyənlərPeşəAd
RejissorUes Kreyven
ProdüserRobert Krouford, Patrik Kelli, Robert M. Şerman
Ssenari müəllifiBrüs Coel Rubin
BəstəkarÇarlz Börnşteyn
OperatorFilipp H. Feltrop
RəssamCon Loca, Deniel A. Lomino
MontajMaykl Eliott
ƏsərDayana Henstell


Alternativ versiyalar

Warner Bros. kompaniyasl 25 sentyabr 2007-ci ildə DVD-də filmin alternativ və kəsilmiş hissələrini istehsal edib. Filmin alternativ versiyaları[4] aşağıdakılardır:
Film ilk dəfə Kanadanın Ontario şəhərində göstərilən zaman Samantanın Elviraya vurduğu "Basketbol ölümü" adlanan səhnəsi göstərilmişdir.

Filmin kəsilmiş hissələri:
İlk versiyaya görə, Pol Samantanın atasından fikirləşəndə, onun atasının bütün yanmış bədənini görür. Lakin son versiyaya görə, Samantanın atasının bütün bədəni yox, yalnız yanmış başı göstərilmişdir.
Samanta atası ilə mübahisə edən zaman güldanı sındıran zaman üzü böyük planda qanla göstərilir.
Pol Samantanın bədəninin baş hissəsini çıxaran zaman üzünün skeletləri görsənməyə başlayır.
"Basketbol ölümü" adlanan qəmgin səhnə nisbətən böyük planda göstərilmişdir ki, beyinin divara dağılmış bütün hissələri görsənsin. Qan Samantanın üzünə tökülür.

Filmin bütün kəsilmiş hissələri, VHS formatı və filmin rejissor versiyası Avstraliyada göstərilmişdir.

Filmin remeyki

2 may 2011-ci ilin rəsmi məlumatlarına görə film istehsal edən məşhur komaniya Warner Bros. filmin remeykini çəkməyə hazırlaşdığını bildirir. Film 3D formatında çəkiləcəkdir. Filmin adı "Ölümcül dost" olacaq. Samanta rolunu isə Kristen Stüart canlandıracaqdır. [5][6]

Maraqlı faktlar
Filmin sonuna yaxın Samanta Polu döymək istəyən adamı başı üzərinə qaldırarkən, gözucu görmək olar ki, həmin adam nəyinsə üzərində qalıb.[7]
Film çəkilən zaman Ues Kreyven həyat yoldaşından Mimi Kreyvendən ayrılmışdır.


Tarix: 18.02.2013 / 20:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 475 Bölmə: Filimler