Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Etiraf (film, 1992)

Məzmun
Filmin baş qəhrəmanı-keçmiş tələbə(Elşən Rüstəmov) həbsxanadan çıxandan sonra dostlarının və oturub durduğu dəstə başçısının xəyanəti ilə qarşılaşır. Gənc bununla barışmayıb qisas almağı qət edir. O, heç bir günahı olmayan iki nəfəri qətlə yetirir. Özü də istəmədən cinayətkara çevrilir və... çıxış yolunu özünə qəsd etməkdə görür.

Film haqqında
Film Misir yazıçısı Nəcib Məhfuzun "Oğru və it" romanı əsasında çəkilib.

Festivallar və mükafatlar
1)1996-cı ildə Aşqabadda VII Beynəlxalq "Firuzə Baharı" kinofestivalı
Kinematoqrafda intellektual istiqamətə görə filmə Priz və Diplom verilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : Nəcib Məhfuz
Ssenari müəllifi : Şamil Əliyev, Cəmil Quliyev
Quruluşçu rejissor : Şamil Əliyev
Quruluşçu operator : Rövşən Quliyev
Quruluşçu rəssam : Əziz Məmmədov
Bəstəkar : Cavanşir Quliyev
Səs operatoru : Kamal Seyidov
Montaj edən : Tahirə Babayeva
Rejissor : Süleyman Əhmədov
Operator : Sərvər Rəşidoğlu
Quraşdırılmış səhnələrin operatoru : Ramiz Ağayev
Quraşdırılmış səhnələrin rəssamı : Fatma Qurbanova
Qrim rəssamı : Firuzə İsmayılova
Dekor rəssamı : Elyaz Səfərov
Fotoqraf Rəssam : Elman Əliyev
İşıq Ustası : Akif Rəhimov
İşıqçı : E. Muradov
Rejissor assistenti : F. Qasımov
Operator assistenti : H. Mehdiyev, Fuad Cabbarlı
Montaj üzrə assistent : Rahidə Quliyeva, C. Səfərova
Çalır : İnstrumental Orkestr
Dirijor : Cavanşir Quliyev
İnzibatçı : Tamara Kazaçenko(T. Kazaçenko kimi), Həsən Tağıyev, C. Muradov
Məsləhətçi : P. Quliyev
Redaktor : L. Kazaçenko
Bədii Rəhbər : Cəmil Quliyev
Filmin direktoru : Arif Səfərov

Rollarda
Elşən Rüstəmov-Azad
Nara Nağıyeva(Gülnarə Əsgərova kimi)-Nuriyyə
Süleyman Ələsgərov (II)-Axund Əli
Rasim Balayev-Qabil
Kəmalə Hüseynova(Kəmalə Abdullayeva kimi)-Səbinə
Şamil Süleymanov-Adil
Ələkbər Hüseynov-Fikrət
Muxtar Maniyev-Sahə müvəkkili
Sevda Əliyeva-Gülya
Muxtar Avşarov
Emiliya Əzimova
Bəxtiyar Kərimov
Qönçə Ağabəyli(Qönçə Ağabəyova kimi)
V. Əliyev
A. Kərimova
Elman Qurbanov
M. Vətəndux
E. Manuliyeva
E. İbrahimov
Elşən Şıxəliyev


Tarix: 13.02.2013 / 21:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 513 Bölmə: Filimler
loading...