Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pirverdinin xoruzu (film, 1987)

Məzmun
Kinolent sənətkar və insan haqqındadır. Filmin qəhrəmanı Qasım(İdris Rüstəmov) intuisiya ilə hiss edir ki, özünü dərk etməklə onu əhatə edən aləmi başa düşə bilər. Gözəlliyin ona verdiyi sevinci nə deyingən arvadı(Fatma Mahmudova), nə səfeh oğlu(Alim Aslanov), nə təsadüfən peyda olmuş gəlin(Kübra Dadaşova), nə də tərs ulaq onun qəlbində söndürə bilməz.

Festivallar və mükafatlar
1)1988-ci ildə Kiyevdə "Gənclik-88" Ümumittifaq kinofestivalı
Filmə Priz və Diplom verilmişdir.

Film haqqında
Film yazıçı Cəlil Məmmədquluzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.
Film rejissor Ramiz Əzizbəylinin quruluşçu rejissor kimi kinoda ilk işidir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : Cəlil Məmmədquluzadə
Ssenari Müəllifi : Eldəniz Quliyev
Quruluşçu rejissor : Ramiz Əzizbəyli
Quruluşçu operator : Yuri Varnovski
Quruluşçu Rəssam : Rafiz İsmayılov
Bəstəkar : Aqşin Əlizadə
Səs operatoru : Kamal Seyidov
Geyim rəssamı : Aydın Lazımov
Qrim rəssamı : Çingiz Paşayev
Rejissor : Ənvər Həsənov
Operator : Elman Əliyev
Montaj edən : Nelli Dadaşova
Quraşdırılmış səhnələrin operatoru : Həmzə Əhmədoğlu
Quraşdırılmış səhnələrin rəssamı : Eduard Abdullayev
Filmin direktoru : Ədalət Yunusov, Akif Musayev
Mətni Oxuyan : Ramiz Əzizbəyli (titrlərdər yoxdur)

Rollarda
İdris Rüstəmov-Qasım
Fatma Mahmudova-Həlimə
Alim Aslanov-Pirverdi
Hamlet Xanızadə-Molla Cəfər
Kübra Dadaşova-Pərinisə
Ramiz Əzizbəyli-Kəndli


Tarix: 16.02.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 269 Bölmə: Filimler
loading...